SİYASƏT


Milli Məclisin sədri Antalyada Avrasiya ölkələri parlament sədrlərinin 3-cü görüşündə iştirak edəcək

Bakı, 5 oktyabr, AZƏRTAC

Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 8-9-da Türkiyənin Antalya şəhərində keçiriləcək Avrasiya ölkələri parlament sədrlərinin 3-cü görüşündə iştirak edəcək. Tədbirə 40-dan çox ölkənin parlament nümayəndələri və bir sıra beynəlxalq təşkilatların təmsilçiləri qatılacaqlar.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Əli Hüseynli, deputatlar Xanlar Fətiyev, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Toplantıda “Avrasiyada iqtisadi əməkdaşlıq, ətraf mühit və davamlı inkişaf” mövzusunda müzakirələr aparılacaq. Milli Məclisin sədri mövzu ilə əlaqədar çıxış edəcək. Parlament sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri də nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.