Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin sədri Cakartada “Böyük iyirmilik” ölkələrinin parlament sədrlərinin 8-ci Sammitində çıxış edib

Bakı, 5 oktyabr, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 5-də İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilən "Böyük iyirmilik" (G20) ölkələrinin parlament sədrlərinin 8-ci Sammitində çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, o, ilk olaraq, tədbirdə iştiraka dəvətinə görə İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharaniyə təşəkkürünü bildirərək, Sammitin çox əhəmiyyətli və aktual mövzulara həsr olunduğunu diqqətə çatdırıb.

Spikerin sözlərinə görə, yoxsulluq, humanitar böhran və münaqişələr, sosial bərabərsizliklər, iqlim dəyişikliyi və digər bu kimi müasir çağırışları təklikdə həll etmək mümkün deyil: "COVID-19" qlobal pandemiyasının bütün dünyaya göstərdiyi mühüm bir məsələ də odur ki, qlobal çağırışlar qlobal həllər tələb edir və kollektiv səylər, birgə fəaliyyət son dərəcə vacibdir. Parlamentarilər, xalqlarımızın nümayəndələri olaraq biz, hamımızı narahat edən problemlərin ən yaxşı həll yollarının tapılması ilə bağlı müzakirələrdə iştirak etməliyik. Parlament əməkdaşlıq platformaları daha yaxşı dünya naminə birgə işləmək öhdəliyimizin və əzmimizin sübutudur. Bu mənada, G20 parlament sədrlərinin sammiti parlamentlərin oynaya biləcəyi rolu və bugünkü problemlərin həllinə töhfələrini müəyyən etmək üçün çox mühüm bir tədbirdir. O, parlamentariləri bir araya gətirmək və parlament-hökumət əməkdaşlığının müxtəlif aspektləri üzrə hərtərəfli müzakirələrin aparılması üçün mühüm çərçivədir”.

Milli Məclisin sədri Sahibə Qafarova çıxışında parlamentlərarası əməkdaşlığın yeni yaradılmış daha bir çərçivəsi - Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi haqqında geniş məlumat verib. Spiker qeyd edib ki, Parlament Şəbəkəsinin yaradılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi irəli sürdüyü təşəbbüsün nəticəsidir. Bu, Azərbaycanın güclü dəstəyinin və parlamentlərarası əməkdaşlığa sadiqliyinin göstəricisi olub. Azərbaycan Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentariləri arasında qarşılıqlı əlaqə və əməkdaşlığı genişləndirməyi və dərinləşdirməyi təklif edib. “Ötən ilin noyabrında Madriddə biz Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini təsis etdik. Bu ilin 30 iyun - 1 iyul tarixlərində isə Azərbaycanın ev sahibliyi ilə keçirilən Bakı Konfransı Parlament Şəbəkəsinin inkişafında mühüm mərhələni təşkil edib. 40-dan çox üzv parlamentin və 8 beynəlxalq parlament təşkilatının iştirakı ilə Parlament Şəbəkəsinin Əsasnaməsi, həmçinin rəsmi loqosu və bayrağı qəbul olunub, qarşıdakı üç il üçün Şəbəkənin sədri və sədr müavinləri seçilib. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin növbəti konfransının gələn ilin martında Manamada Parlamentlərarası İttifaqın 146-cı Assambleyası çərçivəsində keçirilməsi planlaşdırılır”, - deyə Milli Məclisin sədri bildirib.

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin hazırkı sədri kimi Sahibə Qafarova inamını ifadə edib ki, Parlament Şəbəkəsi çoxtərəfliliyi, dialoqu və parlamentlərarası əməkdaşlığı təşviq etmək üçün mühüm platformaya çevriləcək. O deyib ki, Parlament Şəbəkəsi digər parlament təşkilatları ilə fəal əməkdaşlıq edərək, ümumi məqsədlərə töhfə verməyə hazırdır.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, ölkəmizin sədrliyi ilə Qoşulmama Hərəkatının institusional inkişafı istiqamətində də mühüm addımlar atılıb. Bu ilin iyul ayında Gənclər Şəbəkəsinin bazasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatının təsis olunması və Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılması təşəbbüsü də Azərbaycanın Qoşulma Hərəkatının institusional inkişafı istiqamətində atdığı addımlardandır. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2020-ci ilin dekabr ayında COVID-19 pandemiyası ilə mübarizəyə dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi, COVID-19 peyvəndlərinə bərabər, əlverişli, vaxtında və universal çıxışın təmin edilməsinə dair qətnamələrin qəbulu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərə dair tövsiyələrin hazırlanmasına diqqəti yönəldən "COVID-19"dan sonra Qlobal Bərpa üzrə BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılması təşəbbüsü ilə çıxış etməsi ölkəmizin beynəlxalq əməkdaşlığa töhfələrinin, qlobal problemlərin həllinə birgə yanaşmanın vacibliyinə verdiyi önəmin sübutudur.

Sahibə Qafarova vurğulayıb ki, əgər biz beynəlxalq əhəmiyyət kəsb edən problemlərin həllinə yönəlmiş kollektiv səylərin uğurla nəticələnməyinə nail olmaq istəyiriksə, beynəlxalq institutların səmərəliliyini gücləndirməli, qəbul edilmiş sənədləri həyata keçirməli, ikili standartlara və selektiv yanaşmalara son qoymalıyıq. Milli Məclisin sədri təəssüflə qeyd edib ki, bir çox hallarda ölkələr bu sərt reallıqdan əziyyət çəkirlər. Azərbaycan da öz təcrübəsi ilə bunun şahidi olub. O xatırladıb ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın Ermənistanın işğalı altında olub. Ermənistan bu ərazilərdə etnik təmizləmə həyata keçirib və nəticədə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Münaqişə ilə əlaqədar həm mülki, həm də hərbçi olmaqla 4 minə yaxın Azərbaycan vətəndaşı hələ də itkin düşüb. İşğal illərində Ermənistan bütün şəhər və kəndlərimizi qəsdən dağıdıb, Azərbaycanın bütün tarixi, mədəni və dini abidələrini vandalizmə məruz qoyub. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə, BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının və digər müvafiq beynəlxalq təşkilatların qətnamə və qərarlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunsa da, Ermənistan onlara məhəl qoymayıb. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı sənədlər 27 il ərzində icra olunmamış qalıb. Təəssüf ki, beynəlxalq təşkilatlar tərəfindən işğalçı dövlətə qarşı heç bir sanksiya tətbiq edilməyib. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini öz gücü hesabına yerinə yetirərək, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib. 2020-ci ilin sentyabr ayında Ermənistanın hərbi təxribatları nəticəsində başlayan 44 günlük müharibədən sonra işğalçı dövlət noyabr ayında kapitulyasiya aktını imzalamaq məcburiyyətində qalıb.

Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, postmünaqişə dövründə Azərbaycan regionda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi istiqamətində səylərini davam etdirir. Azərbaycan Ermənistana münasibətlərin normallaşdırılması və beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişinin imzalanmasını təklif edib. Bir-birinin suverenliyinin və ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası regionda sülh və sabitliyə gətirib çıxaracaq. Lakin Ermənistan beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirir, regionda kommunikasiya və nəqliyyat yollarının açılması prosesinə maneələr yaradır. Ermənistanın sonuncu dəfə - bu il sentyabrın 13-də törətdiyi hərbi təxribatlar da normallaşma prosesinə əngəl törədir. Bu cür davranışlar pislənilməlidir. İndi ən vacib məsələ münasibətlərin normallaşması prosesini pozacaq hərəkətlərdən çəkinməkdir. Çünki bu, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasının yeganə yoludur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNƏCƏK

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib VİDEO

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək VİDEO

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

"Neftçi"nin legioneri: “Qarabağ”a məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik

Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir

İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub

“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq

Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək

Magistraturaya qəbul imtahanının II cəhdində 19 min 716 nəfər iştirak edəcək

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”nin göstəricisini təkrarlayıb

Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir VİDEO