SİYASƏT


Milli Məclisin sədri Gürcüstan parlamentinin sədrinə başsağlığı verib

Bakı, 30 iyul, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstanın Qudauri bölgəsində sərhəd polisi helikopterinin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə əlaqədar bu ölkənin parlamentinin sədri Şalva Papuaşviliyə başsağlığı məktubu ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, məktubda deyilir: “Bu ağır faciə ilə əlaqədar şəxsən öz adımdan və Azərbaycan Respublikası Milli Məclisinin deputatları adından Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına dərin hüznlə başsağlığı verirəm”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.