SİYASƏT


Milli Məclisin sədri İƏT PA-nın iclası çərçivəsində türkiyəli həmkarı ilə görüşüb

Bakı, 2 iyun, AZƏRTAC

İyunun 2-də Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Pakistanda keçirilən İkinci Ümumi Konfransı çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə münasibətlərin dərinləşdirilməsi, parlamentlərarası əlaqələrin gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı iki qardaş ölkənin parlament sədrləri regional əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.

TBMM-in sədri Mustafa Şəntop 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı möhtəşəm Qələbə münasibətilə bir daha təbriklərini çatdırıb.

Milli Məclisin sədri Sahibə Qafarova, öz növbəsində Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə görə Türkiyə tərəfinə minnətdarlığını ifadə edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.