SİYASƏT


Milli Məclisin sədri Misir Ərəb Respublikasına rəsmi səfər edib

Bakı, 6 fevral, AZƏRTAC

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Misir Ərəb Respublikasına rəsmi səfərə gedib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ceyhun Məmmədov və digər rəsmi şəxslər daxildirlər.

Qahirə Beynəlxalq hava limanında nümayəndə heyətini Misir Senatı sədrinin müavini Fibi Favzi, Baş katibin müavini Mohamed Jahin, Azərbaycanın bu ölkədəki səfiri Elxan Poluxov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın Misir Ərəb Respublikası Senatının və Nümayəndələr palatasının sədrləri, bu ölkənin Baş naziri və Ərəb Parlamentinin nümayəndələri ilə bir sıra görüşləri gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.