Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin sədri Misirin Nümayəndələr Palatasının sədri ilə görüşüb

Bakı, 8 fevral, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Nümayəndələr Palatasının sədri Hanafi Gibali ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan parlament rəhbərinin Misirə səfərindən məmnunluğunu ifadə edən Nümayəndələr Palatasının sədri bu səfərin parlamentlərarası əlaqələrin inkişafına əhəmiyyətli dərəcədə təkan verəcəyinə inandığını bildirib. İki ölkə arasında diplomatik münasibətlərin 30 illik dövrünə diqqət yetirən Hanafi Gibali ötən müddət ərzində əldə olunmuş nailiyyətləri, əlaqələrin mövcud vəziyyətini yüksək qiymətləndirib. O, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin cari ilin yanvarında Azərbaycana işgüzar səfərinə, səfər çərçivəsində aparılmış danışıqlara və əldə olunmuş razılaşmalara toxunaraq, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. Palata sədri təhsil, mədəniyyət, turizm və ticarət sahələrində əməkdaşlığın, işgüzar dairələr arasında təmasların artırılmasının əhəmiyyətinə toxunub.

İki ölkə parlamentləri arasında əlaqələrin yüksək səviyyədə olmasına diqqət çəkən Hanafi Gibali bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu deyib. Palata sədri bildirib ki, hər iki parlamentdəki dostluq qruplarının əməkdaşlığı bu baxımdan xüsusən faydalı olacaqdır.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyətinə toxunan Hanafi Gibali Azərbaycanın Parlament Şəbəkəsinin yaradılması təşəbbüsünü və bu çərçivədə gördüyü işləri yüksək qiymətləndirib. O, Misir parlamentinin özünü Parlament Şəbəkəsinin bir hissəsi kimi gördüyünü və Şəbəkə çərçivəsində işbirliyini daha da gücləndirməyə tam hazır olduğunu vurğulayıb.

Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, Azərbaycanla Misir arasında əlaqələrin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Onun sözlərinə görə, münasibətlərimizin inkişafında dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər və görüşlər vacib əhəmiyyətə malikdir. Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ilin mayında Misirə rəsmi səfəri, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin cari il yanvarın 27-28-də Azərbaycana işgüzar səfərləri Misir-Azərbaycan münasibətləri tarixində mühüm rola malikdir.

Bu gün ölkələrimiz arasında əlaqələrin bir çox sahələri əhatə etdiyini deyən Sahibə Qafarova, həmçinin bildirib ki, Azərbaycanla Misirin beynəlxalq təşkilatlar, xüsusən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyəti, qarşılıqlı dəstəyi də məmnunluq doğurur.

Görüşdə Sahibə Qafarova diqqətə çatdırıb ki, ölkələrimiz arasında olan münasibətlərdə parlamentlərin öz yeri var. Bu gün parlamentlərimiz arasında səmərəli əməkdaşlıq qurulub və bu əməkdaşlığı daha da dərinləşdirmək üçün yaxşı imkanlar mövcuddur. Parlament sədrlərinin və üzvlərinin qarşılıqlı səfərləri, görüşləri bu əməkdaşlığın inkişafına mühüm təkan verir. Onun sözlərinə görə, dostluq qrupları öz fəaliyyətləri ilə parlamentlərimiz arasında körpü rolunu oynayırlar.

Həmçinin qeyd olunub ki, parlamentlərimiz arasında beynəlxalq parlament təşkilatları - Parlamentlərarası İttifaq və İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı çərçivəsində də yaxşı əməkdaşlıq təcrübəsi var. Yeni yaranmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi də birgə səylərimizlə parlamentlərarası əməkdaşlığın səmərəli platformasına çevriləcək. Sahibə Qafarova qeyd edib ki, dostluq qruplarımızın qarşılıqlı səfərləri, müvafiq komitələrin təcrübə mübadiləsi, əməkdaşlığı ilə parlamentlərimiz arasında əlaqələri daha da gücləndirə bilərik.

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbə və öz ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda yaranmış vəziyyət barədə məlumat verən Milli Məclisin sədri qeyd edib ki, hazırda ölkəmiz işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin artıq öz doğma torpaqlarına geri qaytarılmasına başlanıb. Təəssüf ki, həmin ərazilərdəki bütün şəhərlərimiz, kəndlərimiz, tarixi, mədəni, dini abidələrimiz yerlə-yeksan edilib, 67 məsciddən 65-i tamamilə dağıdılıb. Bu da Ermənistanın islamofob mahiyyətinin göstəricisidir. Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin təşəbbüskarı məhz Azərbaycan olmasına və 5 əsas prinsip əsasında sülh sazişinin imzalanmasını təklif etməsinə baxmayaraq, Ermənistan danışıqlarda destruktiv mövqe nümayiş etdirir və üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozur.

Sahibə Qafarova deyib ki, Ermənistan sülhə maneə yaradan destruktiv davranışlarından çəkinməli və sülh sazişinin imzalanması üçün real addımlar atmalıdır. Bu, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasının yeganə yoludur.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Tesla”nın Çindəki enerji saxlanc qurğusu zavodu istehsala başlayıb

Türkmənistandan Türkiyəyə türkmən qazının nəqlini nəzərdə tutan müqavilə imzalanıb

Sarayevoda hava çirkliliyi təhlükəli səviyyədədir

Aİ ölkələrində qazın bahalaşması yay aylarında 3 milyard avro zərərlə nəticələnə bilər

Agentlik: 1129 uşağa sosial xidmətlər göstərilir

“Əhməd Cavadın həyatı və ədəbi fəaliyyətinin Gəncə dönəmi” kitabı türk dilində nəşr olunub

Fransızların 60 faizi maaşlarından narazıdır - SORĞU

Dələduzluq edənlər saxlanılıblar

Bakıdan başlanan uğur hekayəsi: Esmira Məmmədovanın unikal sənəti

Dünyada vəbaya yoluxma halları kəskin artıb

İtaliyada ət istehsalı müəssisəsində güclü yanğın olub

Vinisius Junior mövsümün sonunda “Real Madrid”i tərk edə bilər

“Qobu” ES-də 6 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib

Çinin elektromobil nəhəngindən sürücülərə əlverişli təklif

BDU tələbələri üçün növbəti “ARB 24 NewsLab” təlim proqramına müraciət qəbulu başlayıb

Qarabağ Universiteti tələbələrinin imtahan təəssüratları

Santorini adasında 12 800 yeraltı təkan qeydə alınıb

FIFA agenti: Legioner limitinin ləğvi Azərbaycan futbolunun inkişafına, gələcəyinə hesablanmış addımdır

Rəqəmsal İnkişaf Konsepsiyasının müddəalarının icrası çərçivəsində müzakirə aparılıb

“Elm” nəşriyyatının 100 illik yubileyi ilə bağlı tədbirlər planı təsdiqlənib

Lənkəranda avtomobil kanala aşıb

“Azerbaijan Journal of Physiology” jurnalı beynəlxalq indekslənmə bazasına daxil edilib

Elmdə qadın və qızların rolu müzakirə olunub

PKK tərəfindən İstanbul bələdiyyələrinə sızdırılan on şübhəli şəxs saxlanılıb

“Qarabağ geyimləri xalqımızın kimliyini və estetik dünyagörüşünü yaşadan dəyərli irsdir” - MÜSAHİBƏ

Sabah hava əsasən yağmursuz keçəcək

AMB “Tiko Azərbaycan”a lisenziya verib

Bugünkü hərracda tələb 56,8 milyon dollar təşkil edib

AZSTAND SOCAR-ın “Kompleks Qazma İşləri Tresti”ni sertifikatlaşdırıb

“Kapitan Şahid Həbibullayev” kitabı nəşr olunub

Hərbi qulluqçularımız “Qış təlimi-2025”i uğurla başa vurublar

Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi ilə bağlı AMEA-nın tədbirlər planı hazırlanır

Masallıda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb

Tibbi tullantıların idarə olunması sahəsində məlumatlılıq artırılır

Alimlər Vezuvi vulkanında karbonlaşmış perqament yazılarını AI vasitəsilə deşifrə ediblər

Naxçıvan Dövlət Milli Dram Teatrı Bakı səhnəsində çıxış edib

Türkiyə Prezidentinin fevralın 12-dən Pakistana ikigünlük səfəri başlayacaq

Şəmkir rayonunda tam orta məktəb əsaslı təmirdən sonra istifadəyə verilib

Frank De Bleker “Sabah” – “Turan Tovuz” oyunundakı mübahisəli epizodları şərh edib

Karlo Ançelotti hələ də Braziliya millisinin baş məşqçisi postuna əsas namizəd hesab olunur

USAID-in Azərbaycandakı fəaliyyəti ölkəmizin uğurlarına kölgə salmağa hədəflənmişdi - ŞƏRH

Şanlı Qələbəmizin 5-ci ildönümünə həsr olunmuş Milli Bəstəkarlıq Müsabiqəsi elan edilir

Polis quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxsləri saxlayıb VİDEO

Tədqiqatçılar: Kosmik tullantıların Yerin atmosferinə düşməsi riski mülki aviasiyaya təhlükə yarada bilər

Fevralın 28-də ilin ikinci planetlərin böyük paradı müşahidə olunacaq

AMEA Rəyasət Heyətinin iclasında bir sıra mühüm məsələlər müzakirə edilib

Məşhur basketbolçu yeni komandasında debüt edib

Bakı Apellyasiya Məhkəməsinin Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib

ABŞ-ın bəzi ştatlarından quşçuluq məhsullarının ölkəyə idxalına müvəqqəti məhdudiyyət qoyulub

Səhiyyə Nazirliyi işə qəbul prosesini tam elektronlaşdırıb

Yasamal rayon kitabxanasında “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar stend və kitab sərgiləri hazırlanıb

Lənkəranda ferma yanıb

“Google” ABŞ istifadəçiləri üçün Meksika Körfəzinin adını Amerika Körfəzi olaraq dəyişdirib

Konstitusiya Məhkəməsi Palatasının iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılıb

Ağdamda polis kabel oğrusunu saxlayıb

“Nyu-York Post”: USAID-in “yardımları” Hizbullahın Livandakı silah anbarında tapılıb

Müdafiə Nazirliyi hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulması ilə bağlı yenidən müraciət yayıb

Malıbəyli və Quşçular qətliamından 33 il ötür

“Peşəkar teatr dərsləri” layihəsinin növbəti təlimləri Qazaxda keçirilib

Nazir müavini: Ötən il 16 minə yaxın gənc müxtəlif peşə kurslarına cəlb edilib

NBA: Lider qələbə seriyasını davam etdirib

Bu gün Xalq artisti Elza İbrahimovanın anım günüdür

İmişlidə qanunsuz saxlanılan silahlar polisə təhvil verilib

Bu gün Xalq artisti Möhsün Sənaninin vəfatından 44 il ötür

Fevralın 11-i Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə fevral ayının pensiyaları yeni artımlarla birgə ödənilib

Ülviyyə Zülfiqar: Ermənistan Təpəbaşı məscidində içki istehlak etməklə bütün müsəlman aləminə hörmətsizlik edir

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinə

Prezident İlham Əliyev: İranla dövlətlərarası əlaqələrin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk

İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məsud Pezeşkiana

“PAŞA Holdinq”: Şirkətlərdə düzgün mükafatlandırma və cəzalandırma sistemləri qurmalıyıq

Milli Kitabxanada “Əməkdar elm xadimi Əziz Mirəhmədov – 105” adlı sərgi açılıb

XİN: Ermənistanı sülhə nail olmaq perspektivlərini sarsıdan bəyanat və hərəkətlərdən imtina etməyə çağırırıq

İslamabadda Pakistan və Türkiyə arasında terrorla mübarizə məsləhətləşmələri keçirilib

Vəkillər Kollegiyasının rəhbərliyi vətəndaş qəbulu keçirib

Naxçıvanda fevral ayının pensiyaları artımlarla birgə verilib

ABŞ və Çin geoloqları Yerin nüvəsinin səthi ilə bağlı kəşfə imza atıblar

Ötən il qanunvericiliyin tələblərinin pozulduğu 2 mindən çox protokol ləğv edilib

Azərbaycan güləş yığmaları Avropa çempionatına ölkə xaricində hazırlaşırlar

Çempionlar Liqası: Bu gün "Mançester Siti" - "Real Madrid" oyunu keçiriləcək

Ötən ay Azərbaycanın aqrar məhsul ixracı 10 faizdən çox artıb

“Araz-Naxçıvan” ölkə çempionatlarında 100-cü oyununu keçirib

“Turan Tovuz”la ev oyunu “Sabah” üçün ikiqat yubileylə əlamətdar olub

“Neftçi” Azərbaycan çempionatları tarixində 650-ci səfər qolunu vurub

Baş Prokurorluq: Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan 33 milyon dollar vəsait qaytarılıb

AZAL İsrail aviaşirkəti ilə kod-şer razılaşması imzalayıb

Dünya birjalarında neft bahalaşıb

Misli Premyer Liqası: Tura “Qarabağ”ın oyunu ilə yekun vurulacaq

Baş direktor: Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda elmi işçilərdən 70 nəfəri qadındır

İrandan gətirilən kartof istehlaka yararsız olduğundan məhv edilib

Göyçay və Kürdəmirdə fermerlərə 52 min manat həcmində sığorta ödənişləri edilib

Qəbələdə “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının yekun konserti olub

AQTA müasir heyvan kəsimi məntəqələrinin yaradılması ilə bağlı sahibkarlara çağırış edib

Azərbaycan nefti bahalaşıb

DİN: Ötən gün 60 cinayətin üstü açılıb

Arvadını qətlə yetirərək Gürcüstana qaçan şəxs saxlanılıb

ABŞ-ın Dövlət katibi Misirin xarici işlər naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

Bu gün “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günüdür

Çin Yer kürəsini asteroid təhlükəsindən qorumaq üçün mütəxəssis qrupu yaradıb

Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur - SİYAHI