SİYASƏT


Milli Məclisin sədri Pakistan televiziyasına müsahibə verib

Bakı, 1 iyun, AZƏRTAC

İyunun 1-də Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransında iştirak edən KİV nümayəndələri ilə görüşüb, Pakistan televiziyasına müsahibə verib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, jurnalistlərin suallarını cavablandıran Azərbaycan parlamentinin sədri tədbirin əhəmiyyətini qeyd edib. Belə mühüm tədbirə ev sahibliyi etdiyinə görə Pakistan tərəfinə minnətdarlığını ifadə edən Sahibə Qafarova deyib ki, bu təşkilat çərçivəsində böyük imkanlar mövcuddur. O, Azərbaycanın Pakistan və Əfqanıstandan sonra İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası üzvlərinin toplaşacağı üçüncü ölkə olacağını da bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.