SİYASƏT
Milli Məclisin sədri TBMM-in sədrinə başsağlığı verib
Bakı, 4 mart, AZƏRTAC
Martın 4-də Milli Məclisin sədri Sahibə Qafarova öz “Twitter” səhifəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopa başsağlığı verib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Parlamentin sədri Türkiyənin Bingöl istiqamətindən Tatvana gedən və əsgərləri daşıyan helikopterin qəzaya uğraması nəticəsində 9 əsgərin şəhid olmasından kədərləndiyini bildirib, qardaş Türk xalqına və şəhidlərin ailələrinə başsağlığı verib, yaralılara Allahdan şəfa diləklərini ifadə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [19:18]
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
- 23.04.2024 [18:30]