SİYASƏT


Milli Məclisin sədrinin İndoneziya Respublikasına səfəri başlayıb

Bakı, 4 oktyabr, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarova “Böyük İyirmilik” ölkələrinin Parlament Sədrlərinin 8-ci Sammitində iştirak etmək üçün oktyabrın 4-də İndoneziyanın paytaxtı Cakarta şəhərinə səfərə gəlib.

Parlamentin Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Cakarta Sukarno-Hatta Beynəlxalq Hava Limanında Azərbaycan parlamentinin sədrini ölkəmizin İndoneziya Respublikasındakı səfiri Cəlal Mirzəyev və digər rəsmi şəxslər qarşılayıblar.

Milli Məclisin sədri səfər çərçivəsində “Böyük İyirmilik” ölkələrinin Parlament Sədrlərinin 8-ci Sammitinin tədbirlərində iştirak edəcək, sessiyalarda çıxış edəcək və sammitdə iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.

Görüşlərdə parlamentlərarası əməkdaşlığın genişləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.