Milli Məclisin yaz sessiyasında ilk iclasının vaxtı və gündəliyi açıqlanıb
AzerTAg.az

Bakı, 27 yanvar, AZƏRTAC
Milli Məclisin yaz sessiyasında ilk iclasının vaxtı və gündəliyi açıqlanıb.
AZƏRTAC parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir ki, fevralın 1-də keçiriləcək iclasın gündəliyinə 21 məsələ daxil edilib.
1. Milli Məclisin 2023-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərarının layihəsi;
2. Milli Məclisin İntizam komissiyasının yaradılması haqqında Milli Məclisin qərarının layihəsi;
3. Milli Məclisin Hesablayıcı komissiyasının yaradılması haqqında Milli Məclisin qərarının layihəsi;
4. “İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qanun layihəsi;
5. “GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında Sazişə dair malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsi;
6. Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsi;
7. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş);
8. “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi;
9. “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi;
10. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi;
11. “Fövqəladə vəziyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);
12. “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);
13. Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş);
14. “Torpaq icarəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);
15. Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş);
16. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş);
17. “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);
18. “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);
19. “Dövlət rüsumu haqqında” Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);
20. Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş);
21. Ailə Məcəlləsində, “Kredit ittifaqları haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Banklar haqqında” və “Bank olmayan kredit təşkilatları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
Xəbərin mətnində orfoqrafik səhv var