Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib

Bakı, 12 aprel, AZƏRTAC

Aprelin 12-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2022-ci ilin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasa başlamazdan əvvəl S.Qafarova bildirib ki, o, bu ilin əvvəlində aprel ayından başlayaraq hər ay Milli Məclisin komitə iclaslarından birinin Şuşa şəhərində keçiriləcəyini komitə sədrlərinin diqqətinə çatdırmışdı. İlk belə tədbir aprelin 8-də baş tutub və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclası Şuşada təşkil edilib.

Azərbaycanın parlamentarizm tarixində həmişəlik qalacaq bu hadisə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış şanlı Zəfərin yaratdığı yeni reallığın təzahürlərindən biridir.

Milli Məclisin sədri onu da vurğulayıb ki, parlamentin komitə iclaslarının Şuşa şəhərində keçirilməsi Prezident İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Şuşa İli”nə töhfə vermək niyyəti ilə bağlı olub. “Qarabağ Azərbaycandır!” həqiqətini bir daha təsdiq edir. S.Qafarova qeyd edib ki, Milli Məclisin komitələrinin Şuşa şəhərində keçiriləcək iclaslarının qrafiki artıq tərtib olunub və komitə sədrlərinə təqdim ediləcək. Parlamentin bu təşəbbüsünün Prezident İlham Əliyev tərəfindən dəstəkləndiyi bildirilib.

İclasda cari məsələlərin müzakirəsində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, deputatlar Sabir Rüstəmxanlı, Sahib Alıyev, Hikmət Məmmədov, İlham Məmmədov, Nigar Arpadarai, Aqiyə Naxçıvanlı, Fəzail Ağamalı, Razi Nurullayev, Fazil Mustafa çıxış ediblər.

Çıxış edənlər 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində Azərbaycan xalqının İlham Əliyevi növbəti dəfə prezident seçməsindən ötən müddətdə ölkədə gedən inkişaf proseslərinə nəzər salıblar, bu müddətdə Azərbaycanın iqtisadi-siyasi həyatında baş verən mühüm nailiyyətləri qeyd ediblər. Deputatlar ümummilli lider Heydər Əliyevin dövlətçilik strategiyasını uğurla inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi dövrünü Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, iqtisadi və hərbi qüdrətinin güclənməsi, beynəlxalq aləmdə nüfuzunun artması dövrü kimi xarakterizə ediblər.

Bildirilib ki, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən şanlı Zəfər son iki yüz illik dövlətçilik tariximizin ən böyük təntənəsi, milli maraqlara və bəşəri dəyərlərə söykənən dövlət siyasətinin, müdrik rəhbərliyin məntiqi qalibiyyətidir.

Cari məsələlərin müzakirəsində deputatlar, həmçinin gündəmdə olan bir sıra mövzulara dair fikirlərini açıqlayıblar, seçiciləri düşündürən məsələləri diqqətə çatdırıblar.

Sonra parlament gündəlikdəki məsələlərin müzakirəsinə keçib. İclasın gündəliyi barədə məlumat verən Milli Məclisin sədri bildirib ki, müzakirəyə 6 məsələ çıxarılıb və 1-ci və 2-ci məsələlər Milli Məclisin qərar layihələridir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin birinci hissəsinin 15-ci bəndinə uyğun olaraq Milli Məclis Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir. Dövlətimizin başçısı tərəfindən Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Milli Məclisə müvafiq təqdimatlar göndərilib və parlament müvafiq qərar layihələri hazırlayıb.

Sahibə Qafarova gündəliyin birinci məsələsinin Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad olunması haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi olduğunu bildirib.

Məsələ ilə bağlı məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Azərbaycan Prezidentinin imzası ilə daxil olan Elman Sirac oğlu Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən azad olunması haqqında təqdimat İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilib, komitə təqdimata müsbət rəy verib.

Qərar layihəsi səsə qoyulub və qəbul edilib.

Gündəliyin ikinci məsələsi olan Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi barədə də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

O bildirib ki, Azərbaycan Prezidentinin imzası ilə daxil olan Taleh Tahir oğlu Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında daxil olan təqdimat da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilib və komitə təqdimata müsbət rəy verib.

Məsələ ilə bağlı Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun da fikirləri dinlənildikdən sonra qərar səsə qoyularaq qəbul edilib.

İclasda iştirak edən Taleh Kazımov Prezident İlham Əliyevə ona göstərdiyi etimada görə minnətdarlığını ifadə edib və parlamentə onun haqqında təqdimatı dəstəklədiyi üçün təşəkkür edib.

Milli Məclisin sədri Taleh Kazımovu təbrik edərək ona yeni vəzifəsində uğurlar diləyib.

Sahibə Qafarova gündəliyin üçüncü məsələsini təqdim etmək üçün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Məmmədova söz verib.

“Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi barədə məlumat verən Hikmət Məmmədov bildirib ki, bu beynəlxalq sənəd üç ölkənin xüsusi təyinatlı qüvvələrinin birgə təliminin keçirilməsinin şərtlərini, təlimdə iştirak edənlərin öhdəliklərini özündə ehtiva edir.

Məsələnin baxıldığı Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxışında layihənin əhəmiyyətindən danışıb, sənədin xüsusi təyinatlıların azad etdiyi Şuşa şəhərində keçirilən Milli Məclisin ilk komitə iclasında müzakirə olunmasının da rəmzi məna daşıdığını vurğulayıb.

Milli Məclisin deputatı Aydın Mirzəzadənin sənəd və onun Şuşa şəhərində ilk dəfə olaraq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclasında qəbulu ilə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Gündəliyin növbəti iki məsələsinin ikinci oxunuşda olan qanun layihələri olduğunu qeyd edən sədr “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsini (ikinci oxunuş) müzakirəyə çıxarıb.

Məsələ ilə bağlı məlumat verən Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev layihədə ən çox maraq doğuran müddəalar, eləcə də oxunuşlarda deputatların səsləndirdikləri fikirlər haqqında ümumi izahat verib.

Vurğulayıb ki, 9 fəsil 40 maddədən ibarət qanun layihəsinin müddəaları həyat və sağlamlığın qorunmasına xidmət edir. Komitə sədri layihədə terminlərin geniş anlayışının verilməsinin qanunla bağlı mühüm məqamlara aydınlıq gətirdiyini, həmçinin sənəddə qida təhlükəsizliyi sahəsində dövlət tənzimləməsi və dövlətin vəzifələrinin aydın şərh edildiyini bildirib.

Tahir Rzayev layihənin qida təhlükəsizliyi sahəsində günün tələbləri ilə uzlaşdığını söyləyib. Qida təhlükəsizliyi sahəsində qeydiyyat, təsdiq, sertifikatlaşdırma və izləmənin həyata keçirilməsi, qida məhsullarının təhlükəsizliyinə dövlət nəzarəti məsələsi qanun layihəsində geniş şərh edilib və mövcud tələblərə uyğun əsaslandırılıb.

Müzakirələrdə komitə və komissiya sədrləri Siyavuş Novruzov, Hicran Hüseynova, Eldar Quliyev, deputatlar Fazil Mustafa, Tahir Kərimli, Azər Badamov, Vüqar Bayramov, Əli Məsimli, Etibar Əliyev, İlham Məmmədov, Cavid Osmanov, Rauf Əliyev, Fəzail Ağamalı, Sevil Mikayılova çıxış edərək layihə ilə bağlı fikirlərini və təkliflərini səsləndiriblər.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Gündəliyin növbəti məsələsi olan Cinayət Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov məlumat verib.

O bildirib ki, sənəddə cinayət mühakimə icraatının elektron formada aparılmasını tənzimləyən Cinayət-Prosessual Məcəlləsinin 51-1-ci maddəsinə dəyişiklik edilməsi təklif olunub və oxunuşlarda komitəyə layihədə dəyişiklik edilməsi ilə bağlı heç bir təklif daxil olmayıb.

Bu qanun layihəsi də səsvermədən keçərək ikinci oxunuşda qəbul edilib.

Gündəliyin sonuncu məsələsi olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov məlumat verib.

Bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyi kommersiya fəaliyyəti iştirakçısının öz hüququndan sui-istifadə etməklə, xarici valyuta vəsaitlərini xaricdən qaytarmadığı halda dövlətə vurduğu ziyanın miqdarı iyirmi min manatadək olduqda subyektin məsuliyyətini inzibati xəta, həmin məbləğdən yuxarı olduqda cinayət məsuliyyəti kimi müəyyən edib. Nurlan Həsənov vurğulayıb ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsindən fərqli olaraq Cinayət Məcəlləsinin 208-ci maddəsinin dispozisiyasının qüvvədə olan redaksiyası bu cinayətin subyekti kimi yalnız təşkilat rəhbərlərini nəzərdə tutduğu üçün digər rezidentlər bu halda cinayət məsuliyyətindən kənarda qalır. Qeyd edilən hüquqi boşluğun aradan qaldırılması məqsədilə Cinayət Məcəlləsinin 208-ci maddəsində müvafiq dəyişikliyin aparılması təklif olunub.

Qanun layihəsi ilə bağlı deputat Əminə Ağazadənin fikirləri də dinlənildikdən sonra layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şərqşünaslıq İnstitutu və Rusiyanın Belqorod Dövlət Milli Tədqiqatlar Universiteti əməkdaşlığa başlayır

Göygöldə özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Damir Muxetdinov: Məscidlərin dağıdılması və təhqir olunması bütün müsəlmanların hiddətinə səbəb olur

“Teknofest” aerokosmik və texnologiya festivalında Azərbaycan komandası yarışın qalibi olub

Şalva Papuaşvili: ABŞ Gürcüstanda demokratiyanı sarsıtmaq istəyir

“Cəmiyyətin şüurlu şəkildə çirklənməyə şərait yaratması yolverilməzdir” - Könüllülər təbiətin qorunmasından danışırlar

UNEC-də Çinin Hebey İqtisadiyyat və Biznes Universiteti ilə birgə COP29-a həsr olunan tədbir keçirilib

İsmayıllıda “Sağlam gələcək, xoşbəxt cəmiyyət” mövzusunda tədbir təşkil olunub

Naxçıvanda “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib

Yutubda bir neçə yeni funksiya əlavə olunub

BANM-in tələbəsi: Süni intellektə əsaslanan layihəmizlə müsabiqənin qalibi olduq

"İmarət"də vurulmuş sonuncu qolun müəllifi: Stadionun açılışını və oradakı ilk oyunu səbirsizliklə gözləyirəm

Almaniyada rəsm sərgisində azərbaycanlı rəssamların əsərləri də yer alıb

NDU-da beynəlxalq elmi konfrans - “Süni intellekt: Nəzəriyyədən praktikaya”

Prezident İlham Əliyev Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olub  YENİLƏNİB

Prezident İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib   YENİLƏNİB

Bir il yarım və iki sentyabr döyüşü…

Azərbaycanın akrobatika gimnastları dünya çempionatında finala yüksəliblər

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüş keçirilib

Şəhidin atası: Torpaqlarımız uğrunda ölümün gözünə dik baxan hər bir döyüşçü bizim üçün qəhrəmandır

“ADEX” və “Securex Caspian” sərgilərinə həsr olunmuş mətbuat konfransı keçirilib

Azərbaycan və Türkiyə Orta Dəhlizlə daha böyük həcmdə yükdaşıma imkanlarını müzakirə edib

Kaxa Kaladze: Böyük dövlətlərin Gürcüstandan öz maraqları üçün istifadə etməsinə imkan verməyəcəyik

Suraxanıda saxta təmizləyici vasitələr istehsal edən sex aşkarlanıb

Səkkiz ayda Qəbələdə sənaye məhsulu istehsalı 12,2 faiz artıb

“Yektinlik yaşına çatmayanlar arasında aqressiv davranış halları ilə mübarizə” adlı konfrans keçiriləcək

Sumqayıtda Vətən Müharibəsi Qəhrəmanının xatirə muzeyi açılıb

EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə media nümayəndələri üçün seminar keçirilib

Kövkəb Səfərəliyeva küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

BMU-nun rektoru şəhid ailəsinin üzvü olan tələbə ilə görüşüb

“Milli Aviasiya Akademiyası”nın voleybolçusu: Hədəfim klubun ilk çempionluğuna töhfə verməkdir

Şuşada Bayraq Meydanının açılışı olub YENİLƏNƏCƏK

BDU – 105: Azərbaycanda və dünyada ekoloji problemləri araşdıran Ekologiya və torpaqşünaslıq fakültəsi

Türkiyə mediası: Qarabağda antiterror əməliyyatı Azərbaycanın gücünün daha bir nümayişi oldu

Azərbaycan ilə İtaliya arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

“Neftçi” Qara Qarayevin komandadan ayrıldığını açıqlayıb

Prezident İlham Əliyev Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib YENİLƏNƏCƏK

Azərbaycan və Özbəkistan Orta Dəhlizlə bağlı birgə fəaliyyətin şaxələndirilməsini müzakirə edib

ÜST-nin ekspertləri Azərbaycanda qızılcaya qarşı görülən işləri yüksək dəyərləndiriblər

Xarici ölkələrin mühasibat və audit sahəsində fəaliyyət göstərən qurumları ilə dörd memorandum imzalanıb

“Azərtütün” ASC-nin emal məntəqələri indiyədək fermerlərdən 7 min tondan çox yaş tütün qəbul edib

Naxçıvanda xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirilib

Prezident İlham Əliyev Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub YENİLƏNƏCƏK

Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub YENİLƏNƏCƏK

DİM: İlin əvvəlindən elektron xidmətlərdən istifadə sayı 11 milyonu ötüb

Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub YENİLƏNƏCƏK

Hakan Fidan: Qlobal dünyada heç bir dövlətin təkbaşına irəliləmək şansı yoxdur

Gəncə Dövlət Filarmoniyasında Milli Musiqi Günü qeyd olunub

Bakıda "Sağlam həyat" səyyar layihəsinin təqdimatı keçirilib

Əmək və əhalinin sosial müdafiəsi naziri Göygöldə vətəndaşların müraciətini dinləyib

Nailə Rəhimbəyli: Üzeyir bəyin davamçıları onun irsini yüksək səviyyədə gələcək nəsillərə ötürür

Azərbaycan məktəblərində bullinqə qarşı aparılan işlər açıqlanıb

Qabırrı çayının 7 kilometrlik hissəsində sahilbərkitmə işləri aparılır

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib YENİLƏNƏCƏK

Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

“Qələbəyə gedən yol” sənədli filminin təqdimatı olub

Monde: Makron yeni Baş nazirin təklif etdiyi nazirlərin siyahısını rədd edib

Orta Dəhliz vasitəsilə tranzitin həcmi 20 dəfə artıb

Xankəndi şəhərində “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanışlıq YENİLƏNƏCƏK

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi təşkil edib VİDEO

Məktəblərdə bullinq: real vəziyyət necədir və problemin həlli üçün hansı addımlar atılmalıdır? – ARAŞDIRMA

BMT-nin Baş katibi: Babalarımız tərəfindən qurulmuş sistemlərlə nəvələrimiz üçün uyğun gələcək yarada bilmərik

Prezident İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanış olub YENİLƏNƏCƏK

Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbilərin sayı açıqlanıb

Qlobal iqlim dəyişkənliyi mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib

Türkiyəli analitik: BRICS Ankara üçün alternativ deyil, əlavə əməkdaşlıq imkanıdır

BMT-nin xüsusi məruzəçisi Ermənistandan qovulan azərbaycanlıların pozulmuş hüquqları barədə məlumatlandırılıb

Prezident İlham Əliyev Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub YENİLƏNƏCƏK

Paralimpiya medalını Ceki Çandan alan Azərbaycan idmançısı: Həmin an möhtəşəm hisslər keçirdim

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

Tacikistanın Orta Dəhliz vasitəsilə Avropa bazarlarına çıxış imkanları müzakirə edilib

® “Sıfır Tullantı” həmrəylik marafonu yekunlaşıb

Türkiyədə kibercinayətkarlıqla mübarizə gücləndirilir

Ötən ay Dövlət Vergi Xidmətinə 46 minə yaxın müraciət olub

Səkkiz ayda ƏƏSMN-in elektron xidmətlərinə 21,7 milyon müraciət qeydə alınıb

Livanda kiberhücum nəticəsində ölənlərin sayı 32-yə çatıb

Birinci Qarabağ müharibəsi şəhidinin xatirəsi Bolnisi rayonunun Kəpənəkçi kəndində anılıb

ABŞ-da B-21 Raider təyyarəsinin müntəzəm sınaq uçuşları başlayıb

Azərbaycan və Qırğızıstan Orta Dəhlizin inkişafı üçün birgə səylərini gücləndirir

 Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

Ağdam şəhərində “İmarət” stadionunun təməli qoyulub YENİLƏNƏCƏK

Çin “BeiDou-3” naviqasiya sistemi üçün 2 ehtiyat peyki orbitə çıxarıb VİDEO

Prezident İlham Əliyev “Aghdam City Hotel”in açılışında iştirak edib YENİLƏNƏCƏK

Fiziklər Van Qoqun məşhur tablosunda elmi kəşf aşkarlayıblar

Dilçi alimin iki monoqrafiyası çapdan çıxıb

ATU könüllüləri Gəncəçayın yatağını məişət tullantılarından təmizləyiblər

GDU-da narkotikin insan orqanizminə və sağlamlığına vurduğu zərərlərdən danışılıb

“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” adlı seminar keçirilib

Ekspert: “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafının və uğurlarının təməlidir

Prezident İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib YENİLƏNƏCƏK

“Qarabağ”ı Çempionlar Liqasından kənarlaşdıran komandanın baş məşqçisi istefaya göndərilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialı vakansiya elan edir

“Neftçi” daha iki legioner basketbolçunu transfer edib

Avropa İttifaqında avtomobil satışları 18,3 faiz azalıb

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında Dam örtükləri istehsalı zavodunun açılışında iştirak edib YENİLƏNƏCƏK

® Mərkəzi Gömrük Hospitalında unikal “VALVE in VALVE TAVİ” əməliyyatı icra olunub

“AzerGold” daha bir maarifləndirici layihə həyata keçirib

Ağdam Sənaye Parkında Havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı zavodu istifadəyə verilib YENİLƏNƏCƏK

Hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib