Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin yaz sessiyasının son plenar iclası keçirilib

Bakı, 29 may, AZƏRTAC 

Mayın 29-da Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının son plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov iclası açdıqdan sonra gündəlik təsdiq olunub.

Əvvəlcə Binəqədi rayonu ərazisindəki çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclasda İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər barədə məsələ müzakirəyə çıxarılıb.

Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov layihə barədə məlumat verib. Müzakirələrdən sonra Şuranın tərkibində dəyişikliklər barədə məsələ səsverməyə çıxarılıb. Namizədlikləri Sahibkarlar Şurası tərəfindən irəli sürülən Vüqar Zeynalov, gənclər təşkilatları tərəfindən irəli sürülən Mirhəsən Seyidov, qadın cəmiyyətləri tərəfindən irəli sürülən Sevil Yusifova İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni üzvləri seçiliblər.

Sonra “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihə barədə danışan Milli Məclisin iqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev deyib ki, dövlət və icmal büdcəsi ilə bağlı şəffaflığın, səmərəliliyin təmin edilməsi 2014-cü ildə də davam etdirilib, Azərbaycan Prezidentinin müəyyən etdiyi inkişaf strategiyası uğurla yerinə yetirilib. O, dünyada iqtisadi böhranın mövcudluğuna baxmayaraq, Azərbaycanın inkişaf etdiyini, bunun düşünülmüş siyasətin nəticəsi olduğunu söyləyib.

Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək bildirib ki, ötən il dünya iqtisadiyyatında sistemli böhranın davam etdiyi bir şəraitdə Azərbaycan davamlı iqtisadi inkişaf tempini qoruyub saxlayıb. 2014-cü ilin dövlət büdcəsinin icrası ilə bağlı Hesablama Palatasının tərtib etdiyi rəy müvafiq qaydada Milli Məclisin deputatlarına və hökumət üzvlərinə təqdim edilib. Bu rəy dövlət büdcəsinin gəlir və xərcləri, büdcə kəsiri və dövlət borcu ilə bağlı ətraflı təhlilləri və təklifləri əhatə edir. Rəyin son bölümündə palatanın gəldiyi qənaətlər ümumi şəkildə əks etdirilib.

Dövlət büdcəsinin əsas parametrlərindən danışan Vüqar Gülməmmədov qeyd edib ki, 2014-cü ilin dövlət büdcəsinin gəlirləri 100,1 faiz və ya 16,6 milyon manat çox icra olunub. Büdcə gəlirlərinin ümumi daxili məhsulda nisbəti 31,2 faiz təşkil edib. 2013-cü ilə nisbətən hesabat ilində vergi gəlirləri 10,1 faiz artıb. 2014-cü ilin avqust ayından etibarən enerji daşıyıcılarının qiymətlərinin əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, hesabat ilində büdcə-vergi siyasəti üzrə nəzərdə tutulan əsas tədbirlərin reallaşması təmin edilib. Son illərdə büdcə gəlirlərinin artması hökuməti fəal investisiya və makroiqtisadi müstəvidə praqmatik siyasət aparmağa sövq edib. 2014-cü ildə dövlət büdcəsinin xərcləri 93,3 faiz səviyyəsində icra edilib. 2014-cü ilin dövlət büdcəsinin kəsirinin məbləği 308,4 milyon manat təşkil edib. 2014-cü il dövlət büdcəsinin icrası ilə bağlı Hesablama Palatası müsbət rəy verib.

Maliyyə naziri Samir Şərifov iclasda çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında son illərdə ardıcıl şəkildə həyata keçirilən siyasi-iqtisadi kurs nəticəsində 2014-cü il üçün müəyyən edilmiş sosial-iqtisadi inkişafın hədəf göstəricilərinə əsasən nail olunub. İl üzrə xarici makroiqtisadi mühitin ölkəmiz üçün qeyri-əlverişli olmasına, Azərbaycanın əsas ixrac məhsullarının dünya bazarlarında qiymətlərinin iki dəfəyədək aşağı düşməsinə, regiondakı geosiyasi vəziyyətin xarici ticarət əlaqələrinə olduqca mənfi təsir etməsinə baxmayaraq, ölkəmizdə makrofiskal dayanıqlılıq qorunub saxlanılıb, iqtisadi artım davam edib. Ötən il ümumi daxili məhsul real ifadədə 2,8 faiz, onun qeyri-neft sektoru hesabına hasil edilən hissəsi isə 7 faiz artıb. Ötən il ərzində dövlət büdcəsinin mədaxili 18 milyard 401 milyon manat və yaxud proqnoza qarşı 100,1 faiz təşkil edib, onun ümumi daxili məhsulda xüsusi çəkisi 31,2 faizə çatıb.

Vurğulanıb ki, 2014-cü il dövlət büdcəsi gəlirlərinin 50,7 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 38,7 faizi Vergilər Nazirliyinin, 8,2 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə, 2,4 faizi isə sair daxilolmaların payına düşüb. 2014-cü ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 7102,0 milyon manat proqnoza qarşı 7113,7 milyon manat, yəni nəzərdə tutulduğundan 11,7 milyon manat və yaxud 0,2 faiz, 2013-cü illə müqayisədə isə 449,7 milyon manat (6,7 faiz) çox icra olunub. Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitin 4306,7 milyon manatı və yaxud 60,5 faizi qeyri-neft sektorunun payına düşüb. Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,1 faiz əməl olunmaqla büdcəyə 1 milyard 511 milyon manat vəsait daxil olub ki, bu da 2013-cü illə müqayisədə 9,2 faiz çoxdur. Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş məbləğdə, yəni 9337,0 milyon manat vəsait daxil olub. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 207,3 milyon manat təşkil edib.

Samir Şərifov vurğulayıb ki, büdcə xərcləri proqnoza nisbətən 93,3 faiz və yaxud 18 milyard 709 milyon manat icra olunub. Qanunvericiliyə uyğun olaraq, dövlət büdcəsinə daxil olan vəsait ilk növbədə müdafiə olunan, sonra isə digər xərclərin maliyyələşdirilməsinə yönəldilib. Strukturuna görə 2014-cü il dövlət büdcəsi xərclərinin 9897,6 milyon manatı və yaxud 52,9 faizi cari xərclərə (2013-cü illə müqayisədə 704,3 milyon manat və yaxud 7,7 faiz çox), 8432,5 milyon manatı və yaxud 45,1 faizi əsaslı xərclərə, 378,9 milyon manatı və yaxud ümumi xərclərin 2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib. Əvvəlki illə müqayisədə 2014-cü ildə sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz, iqtisadi fəaliyyətlə bağlı xərclərə 11,7 faiz, təhsil xərclərinə 8,1 faiz, səhiyyə xərclərinə 7,5 faiz, mədəniyyət, incəsənət və idman xərclərinə 7 faiz, mənzil və kommunal təsərrüfatı xərclərinə 4,7 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə 3,5 faiz, müdafiə xərclərinə 2,1 faiz çox vəsait yönəldilib.

Bildirilib ki, hesabat ilində iqtisadi təsnifata uyğun olaraq dövlət büdcəsi xərclərinin 29,3 faizi və yaxud 5477,9 milyon manatı sosialyönümlü xərclərin maliyyələşdirilməsinə yönəldilib. Bu da 2013-cü illə müqayisədə 571,5 milyon manat və yaxud 11,6 faiz çoxdur. Hesabat dövründə ölkənin müdafiə qüdrətinin daha da artırılması, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi və digər məqsədlər üçün dövlət büdcəsinin cari və əsaslı xərclərindən bütövlükdə müdafiə xərclərinə yönəldilmiş vəsait dövlət büdcəsi xərclərinin 15,2 faizinə bərabər olub. 2014-cü ilin dövlət büdcəsi 308 milyon 434 min 756 manat kəsirlə icra olunub. 2015-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı 1 milyard 729 milyon manat təşkil edib. Həmin vəsaitin də 2015-ci il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldilməsi təklif edilib.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.

İclasda çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin intizam komissiyasının sədri Siyavuş Novruzov deyib ki, Azərbaycanda mövcud olan iqtisadi inkişaf, ictimai-siyasi sabitlik ölkə daxilində olduğu kimi, xaricdə də bəzi qüvvələri narahat edir. Təbii ki, bunlar Azərbaycanın uğurlarını gözü götürməyən qüvvələrdir. Son vaxtlar mərhələli şəkildə şahidi olmuşuq ki, Avropa Parlamentinin ayrı-ayrı siyasi qrupları, deputatları Azərbaycan ilə əlaqədar müxtəlif bəyanatlar verir, qərarlar qəbul edirlər. Avropa Parlamentinin sədri Martin Şults deyirdi ki, onlara əhəmiyyət verməyin, hansısa qrupun qəbul etdiyi qərardır. Lakin artıq Martin Şultsun özünün də iç üzü ortaya çıxmağa başlayıb. O, həm Riqa Sammitindən öncə, həm də sonra Azərbaycanın əleyhinə erməni lobbisinin təhriki ilə qarayaxma kampaniyasına rəvac verib. Avropanın fundamental dəyərləri kənarda qalıb. Martin Şults milli, dini ayrı-seçkiliklə, insan hüquqlarına qarşı ədalətsiz mövqe tutmaqla məşğuldur. O, Riqa Sammitində Ermənistanda demokratiyanın inkişafından danışır. Amma nəzərə almır ki, bu ölkədə seçkilər zamanı insanlar güllələnib, insan hüquqları kobud şəkildə pozulub. Əgər o, insan hüquqlarının müdafiəsinə belə önəm verirsə, niyə Avropa Parlamentində Xocalı soyqırımı müzakirə edilmir? Burada ikiüzlülük, satqınlıq var. Avropa Parlamentinin sədri Avropa Oyunlarına belə münasibət bəsləyirsə deməli öz partiyasını da satır, sosial ədalət prinsipinə də qarşı çıxır.

S.Novruzov Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini söyləyib. O vurğulayıb ki, kimin nə deməsindən, hansı qarayaxma kampaniyasını həyata keçirməsindən asılı olmayaraq, Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək.

Sonra iclasda “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 2015-ci il 15 yanvar tarixində keçirilmiş dördüncü iclasının nəticələrinə dair” Birgə Bəyanatın, “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin, “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında” Sazişin, “Dövlətlərarası Valyuta Komitəsinin yaradılması haqqında 1995-ci il 26 may tarixli Sazişin qüvvəsinin dayandırılması barədə Protokol”un təsdiq edilməsi barədə qanun layihələri qəbul edilib.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə baxılaraq təsdiq edilib. Bildirilib ki, layihədəki dəyişikliklər Vergi Məcəlləsi ilə uyğunlaşdırma məqsədi daşıyır.

Daha sonra “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 616-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə edilib. Bildirilib ki, təklif olunan dəyişiklik “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2014-cü il 17 oktyabr tarixli 1055-IVQD nömrəli Qanunun tətbiqi ilə əlaqədardır.

İclasda “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə də baxılıb. Qeyd edilib ki, layihədə nəzərdə tutulan dəyişiklik 2014-cü il 17 oktyabr tarixli 1055-IVQD nömrəli Qanuna uyğunlaşdırma məqsədi ilə edilir. Hər iki qanun layihəsi səsə qoyularaq təsdiq edilib.

“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə olunarkən bildirilib ki, layihədə nəzərdə tutulan dəyişikliklər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında Qanuna uyğunlaşdırma məqsədi daşıyır.

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılan zaman qeyd edilib ki, məcəlləyə edilən dəyişikliklərdə azyaşlılara qarşı törədilən cinsi xarakterli cinayətlərə görə məsuliyyət fərqləndirilir və daha ciddi cəzalar müəyyən edilir. Valideyn, övladlığa götürən, müəllim, nəzarəti həyata keçirən digər şəxslər tərəfindən uşaqları əxlaqsız əməllərə, fahişəliyə cəlb etməyə görə xüsusi məsuliyyət və daha ciddi cəzalar müəyyən edilir.

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilib ki, bu dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 1.2.10-cu yarımbəndinin icrası (valideyn məsuliyyətinin artırılması və valideyn vəzifələrini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi) ilə əlaqədar təklif edilir.

Deputatlar “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsini də nəzərdən keçiriblər. Qeyd edilib ki, məcəllənin 240-cı maddəsi “Güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi”nə görə məsuliyyət müəyyən edir. Bu maddənin tətbiq zərurəti ilə əlaqədar güclü təsir edən və zəhərli maddələrin siyahısının müəyyən edilməsinə ehtiyac var. 240-cı maddəyə bu siyahının qanunla müəyyən edilməsini nəzərdə tutan qeyd hissəsi əlavə edilir. Bu dəyişikliyin əsasında “Güclü təsir edən maddələr, zəhərli maddələr və onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” qanun layihəsinin hazırlanması nəzərdə tutulur.

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılarkən bildirilib ki, dəyişiklik “Siyasi partiyalar haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır.

Qanun layihələri səsə qoyularaq qəbul edilib.

“Azərbaycan Respublikasının Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədə”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrinə də baxılıb və qəbul olunub.

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında qanun layihəsi də müzakirə edilib. Bildirilib ki, layihə ölkədə avtomobil nəqliyyatı sisteminin inkişaf etdirilməsi, bu nəqliyyat növü ilə sərnişin və yük daşımaları xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, həmin sahədə iqtisadi münasibətlərin təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb. Layihə səsə qoyularaq qəbul edilib.

İclası yekunlaşdıran Milli Məclisin sədri Oqtay Əsədov yaz sessiyası ərzində görülən işlərdən danışıb. Sədr yaz sessiyası müddətində 10 iclasın keçirildiyini, həmin iclaslarda 134 qanun və qərar qəbul edildiyini bildirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin qanunvericilik bazasının daha da möhkəmləndirildiyini vurğulayıb.

Oqtay Əsədov deyib ki, parlamentin beynəlxalq əlaqələrinin inkişafı üçün də lazımi tədbirlər görülüb. Nümayəndə heyətlərimiz beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak ediblər. Sessiya ərzində təqribən 165 nəfərdən ibarət 70-ə qədər nümayəndə heyəti 30 ölkədə səfərdə olub. Deputatlarımız Qazaxıstanda prezident, Tacikistanda parlament seçkilərini müşahidə ediblər. Parlamentdə müxtəlif ölkə və beynəlxalq təşkilatlardan 350 nəfərdən ibarət 50-dən çox nümayəndə heyəti qəbul edilib.

Sədr məhsuldar keçən yaz sessiyasının uğurla başa çatdığını söyləyib.

Oqtay Əsədov 2015-ci il yaz sessiyasını bağlı elan edib.

Sonda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Bununla da Milli Məclisin 2015-ci il yaz sessiyasının sonuncu iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

D vitamini uşaqların sümük-əzələ sisteminin sağlamlığında mühüm rol oynayır

“AzInTelecom”un “Hökumət Buludu” layihəsi “WSIS-204” müsabiqəsində iştirak edir

Rusiyada terror aktından zərərçəkənlərə dəstək məqsədilə Müslüm Maqomayevin mahnılarından ibarət albom buraxılıb

Millinin baş məşqçisi: Macarıstan və İsveçrə ilə oyunlar bizim üçün yeni təcrübə olacaq

DTX təhlükəsizliyimizin qarantı, xalqımızın qürur yeridir

“Ulu Öndər və yəhudilər” sənədli filmi İsrail mətbuatında

Türkiyənin vitse-prezidenti: Daxili istehlakın ifrat artımı ölkənin iqtisadi inkişafına zərbə vurur

Şröder: Putinlə şəxsi münasibətlərim Ukraynada sülh prosesinə fayda verə bilər

BŞİH-də müşavirə keçirilib, “Lifttəmir”in direktoruna şiddətli töhmət verilib

Əhalinin tibbi xidmətlərə əlçatanlılığı ilə bağlı sorğunun nəticələri müzakirə olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin mümkün rəqibləri bəlli olub

Qadınlar arasında keçirilən voleybol yarışında ADAU-nun komandası birinci yerə çıxıb

"GreenTech Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir

Qazaxıstan Prezidenti: Orta Dəhliz üzrə daşımaların həcmi 10 milyon tona çata bilər

RF XİN: Ermənistan kollektiv Qərbin son dərəcə təhlükəli planlarının alətinə çevrilir

QHT sədri: Azərbaycanın vətəndaş cəmiyyətləri də COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsinə töhfə verə biləcəklər

DTX-nin rəisi: Ali Baş Komandanın bizə olan inamını daim doğrultmağa çalışacağımızı qətiyyətlə bəyan edirik

Mstislav Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti - “Bir ömrün simfoniyası”

Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib gəliblər

Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Tarixçi alim: Həmrəy olaraq qarşıya qoyulan bütün hədəflərə mütləq çatacağıq

Bayram günlərində meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib

Rusiyadan stikerləri Azərbaycan dilində olan məhsulların idxal müddəti uzadılıb

Ombudsman Səbinə Əliyeva Xankəndidə erməniəsilli sakinlərlə görüşüb

Məktəblərdə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul üzrə təkrar müsahibə keçiriləcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb VİDEO

Kəmalə Həşimova: Tezliklə Qərbi azərbaycanlıların da hüquqlarının bərpasına nail olacağıq

Davamlı öskürəyin ev şəraitində müalicəsi xəstəliyin ağırlaşmasına səbəb ola bilər

Milli Kitabxana Teymur Elçinin 100 illik yubileyi münasibətilə sərgi hazırlayıb

Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Technest” təqaüd proqramı üzrə infosessiya keçirilib

ABŞ və Avropa İttifaqı özlərinin gündəliyində olan siyasəti israrla Ermənistana təlqin etməyə çalışır ŞƏRH

“Dövlətin təhlükəsizliyi naminə” - MƏQALƏ

DİM: Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin sertifikatlarının verilməsinə başlanılıb

Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər

Tanışını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

BMT: 783 milyon insanın aclıqdan əziyyət çəkdiyi bir şəraitdə qida tullantılarının həcmi 20 faizə çatıb

Azərbaycan Premyer Liqası: “Qarabağ” bu tur çempionluğu təmin edə bilər

Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib

Muxtar Nağıyev: Azərbaycan xalqı olaraq birlik və həmrəylik sayəsində məqsədlərimizə çatacağıq

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır

Qərbin “sığortası” yeni münaqişə ocağı yaradacaq və ya iqtisadi tənəzzüllə bitəcək - ŞƏRH

Elektromobillərin dünya qiymətləri ucuzlaşa bilər

Bayram günlərində Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət edənlərin sayı artıb

Seulda avtobus sürücülərinin tətili başlayıb

Salyanda məktəb direktoru işdən çıxarılıb

Yaşar Güler: Terror mövzusu Türkiyə gündəmindən tamamilə silinəcək

Beynəlxalq klub turnirlərində qapısını ən çox toxunulmaz saxlayan qolkiperlər bəlli olub

DİN: Martın 27-də 23,8 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Mərkəzi Bank uçot dərəcəsini endirib

Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü keçirilib

Süni intellekt Rusiyada meşələrin qanunsuz qırılması hallarını aşkar edəcək

Ali məktəblər arasında ilk dəfə BANM-də Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Mingəçevir Dövlət Universitetində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan mühazirə keçirilib

Gənc Tamaşaçılar Teatrı aprel repertuarını təqdim edib

“Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradılıb

Mədəniyyət naziri Adil Kərimli İmişlidə vətəndaşları qəbul edəcək

Naxçıvanda yolda qaya uçqunu baş verib

Akademik: Azərbaycan cəmiyyətinin sonrakı inkişaf mərhələlərində Elmlər Akademiyası mühüm rol oynayıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib

TKTA: Yerli akkreditasiyası olmayan ali məktəblərin diplomları tanınmır

® Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən tibb kolleclərinin tələbələri üçün növbəti təlim keçirilib

Ötən gün götürülən silah-sursatın sayı açıqlanıb

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçiriləcək

Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib VİDEO

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Dendrologiya İnstitutu Qazax Milli Universiteti ilə əməkdaşlıq edəcək

Çində Asiya naminə Boao Forumunun illik konfransı keçirilir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB

Ağır vəziyyətdə müalicə ocağına çatdırılan xəstə həkimlərin qayğısı sayəsində sağalıb

Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub

FHN: Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb VİDEO

Əmək bazarı bülleteni hazırlanıb

Energetika Nazirliyində kollegiya iclası keçirilib

Dünya birjalarında neft bahalaşıb

Bakıda “Towards COP29” şüarı ilə “Dayanıqlı Tikinti Zirvəsi” adlı tədbir keçiriləcək

Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb

Azərbaycan nefti ucuzlaşıb

Dövlətin və xalqın təhlükəsizliyi ilə bağlı 105 il VİDEO

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

Kəlbəcərdə əl qumbaraları aşkarlanıb

Güclü sümüklərə sahib olmağın yolları

Britaniyanın keçmiş baş naziri haqqında sənədli film çəkilib

Niderland qaz çatışmazlığı ilə üzləşə bilər

Paris metrosunda gediş haqqı ikiqat artırılır

BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir

Kamçatkada 5,6 bal gücündə zəlzələ qeydə alınıb

İtaliyada zəlzələ baş verib

Seneqal milli valyutasını yaratmaq istəyir

AŞPA Kosovonun Aİ-yə üzv qəbul olunmasını tövsiyə edib

Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq

Strasburq kafedralı bomba xəbərdarlığına görə təxliyə edilib

Oruc tutmaq xərçəng hüceyrələrinin yayılmasını ləngidir

Seneqalda prezident seçkilərinin rəsmi nəticələri elan olunub

Bosniya və Herseqovinada mədənçilər etiraz aksiyası keçirib

Azərbaycan Kuboku: “NTD-İndiqo” “Sabah”a qalib gələrək yarımfinala yüksəlib

Peskov: “Krokus”dakı terror aktı ilə bağlı rəsmi versiya irəli sürülməyib

Baltimorda körpünün uçması nəticəsində 6 nəfər ölüb, 7 nəfər ağır yaralanıb