MƏDƏNİYYƏT


Milli Mətbuat Günü münasibətilə keçirilən onlayn viktorinanın qalibi açıqlanıb

Bakı, 23 iyul, AZƏRTAC

Milli Mətbuat Günü münasibətilə F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən təşkil olunan onlayn viktorinanın qalibi müəyyən edilib.

AZƏRTAC xəbər verir ki, viktorinanın keçirilməsində məqsəd Azərbaycanda milli mətbuat tarixinin keçdiyi şərəfli yolu öyrənmək və cəmiyyətdəki əhəmiyyətli rolunu vurğulamaqla yeniyetmə və gənclər arasında bu sahəyə maraq oyatmaqdır.

Respublika Uşaq Kitabxanasının www.clb.az internet ünvanında, feysbuk və instaqram sosial şəbəkələrdəki profilləri vasitəsi ilə yayımlanan viktorinaya çoxsaylı iştirakçılar qatılıb. Qeyd edilən zaman çərçivəsində Bəxtiyar Apayev 30 sualdan 26-na düzgün cavab verməklə viktorinanın qalibi seçilib. Qalibə kitabxana tərəfindən dünya və Azərbaycan ədəbiyyatından 3 kitab hədiyyə edilib.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.