MƏDƏNİYYƏT


Milli Musiqi Günü münasibətilə “Güllələnmiş heykəllər” ziyarət edilib

Bakı, 18 sentyabr, AZƏRTAC 

Milli Musiqi Günü münasibətilə sentyabrın 18-də Mədəniyyət Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqiçilər Azərbaycan Milli İncəsənət Muzeyinin bağındakı “Güllələnmiş heykəllər” abidəsini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, mədəniyyət naziri Əbülfəs Qarayev bu heykəllərin öz tarixi vətəninə - Qarabağa qayıdacağı günün uzaqda olmadığını söyləyib: “Prezident İlham Əliyevin siyasəti nəticəsində Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın, Bülbülün heykəlləri Şuşada yenidən ucaldılacaq. Var qüvvəmizlə çalışacağıq ki, o torpaqlar qaytarılsın və dahi Üzeyir bəyin vətənində onun musiqiləri səsləndirilsin. Bu heykəllərinin burada müvəqqəti olaraq qoyulması Azərbaycan xalqının bu şəxsiyyətlərə ehtiramı ilə yanaşı, bütün dünyaya ermənilərin necə vəhşiliklər törətdiklərini bəyan edir”.

Vurğulanıb ki, mədəniyyət, incəsənət ölməzdir və xalqın yaddaşında həmişə əziz tutulan və nəsildən-nəslə keçən bir əmanətdir. İncəsənət xadimləri, mədəniyyət işçiləri onu yaxşı dərk etməlidirlər ki, bu gün Azərbaycanın əsas silahı məhz mədəniyyəti və incəsənətidir. Onlar bu silahdan həmişə səmərəli istifadə etməlidirlər. Azərbaycanın mədəniyyəti, incəsənəti inkişaf edəcək, dünyaya haray salacaq, bu işdə həm Bülbülün, həm Natəvanın, həm də dahi Üzeyir bəyin obrazları bizə güc verəcək.

Sonra Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın büstləri önünə güllər düzülüb, xatirələri hörmətlə anılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.