CƏMİYYƏT


Milli Observatoriyanın fəaliyyət istiqamətləri genişləndirilir

Bakı, 20 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın fəaliyyətinə və qarşıya qoyulan vəzifələrə həsr olunmuş onlayn iclas keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə təkmil monitorinq, təhlil, proqnozlaşdırma sisteminin yaradılması istiqamətində Milli Observatoriyanın fəaliyyətini qeyd edib, qurumun qarşısında duran əsas hədəfləri diqqətə çatdırıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Milli Observatoriyanın təlim mərkəzi kimi fəaliyyətinə uyğun zəruri infrastrukturun yaradılması istiqamətində yol xəritəsinin hazırlanması, sorğu və müayinələrin təşkili, keyfiyyət təminatı üzrə müvafiq sertifikatların alınması işləri müzakirə olunub. Qurumun fəaliyyət istiqamətlərinin genişlənməkdə olduğu qeyd edilib.

Müasir çağırışlar əsasında tədqiqat ehtiyaclarının öyrənilməsi, əldə olunan nəticələrin ictimaiyyətə çatdırılması, təlim tələbatlarının və mövzularının müəyyənləşdirilməsi, təlimçilərin reyestrinin formalaşdırılması və s. məsələlər ətrafında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.