CƏMİYYƏT


Milli Oftalmologiya Mərkəzi Şağanda apardığı oftalmoloji aksiyalar zamanı 200 nəfər müayinə olunub

Bakı, 15 mart, AZƏRTAC

Martın 15-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Şağan qəsəbəsində yerləşən 124 saylı orta məktəbdə və mərkəzin digər həkim heyəti Şağan qəsəbəsi 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində humanitar aksiyalar keçirib.

Mərkəzin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a verilən məlumata görə, iki tədris müəssisəsində müayinə olunanların sayı 200-dən çox olub.

Müayinədən keçənlər arasında daha çox ekzotropiya, akkomodasiyanın spazmı, konyunktivit, presbiopiya, çəpgözlük, miopiya, quru göz sindromu və astiqmatizm xəstəliyi aşkarlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.