CƏMİYYƏT
Milli Oftalmologiya Mərkəzinə həftə ərzində 2160 xəstə müraciət edib
Bakı, 17 oktyabr, AZƏRTAC
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi həftə ərzində onlara müraciət edən xəstələrin statistikasını açıqlayıb.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, son bir həftə ərzində 2160 xəstə müraciət edib.
Mərkəzdə həftə ərzində 189 cərrahi əməliyyat icra olunub, onlardan 64-ü katarakta diaqnozu əməliyyatıdır. Müraciət edən 65 xəstədə intravitreal inyeksiya və digər cərrahi əməliyyatlar aparılıb.
Milli Oftalmologiya Mərkəzinin Masallı filialına həftə ərzində 364 xəstə müraciət edib. Katarakta diaqnozu ilə 36 xəstədə, 3 xəstədə pteriqiumun götürülməsi cərrahi əməliyyatı və 20 xəstədə intravitreal inyeksiya icra olunub.
Mərkəzin Gəncə filialına həftə ərzində 218 xəstə müraciət edib. Katarakta diaqnozu ilə 8 xəstədə cərrahi əməliyyat icra olunub. Digər xəstələrdən 5-də eksimer lazer, 1-də çəpgözlüyün korreksiyası, 2-də intraviteal, 1-də pteriqiumun götürülməsi cərrahi əməliyyatları aparılıb.