REGİONLAR


Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Saatlı və Sabirabadda

Saatlı, 2 noyabr, Mahir Babayev, AZƏRTAC 

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası növbəti aksiyasını Saatlı və Sabirabad rayonlarında keçirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası iki gün ərzində Saatlı və Sabirabad rayon sakinlərinə tibbi xidmət göstərəcək. Aksiyanın keçirilməsində məqsəd Saatlı və Sabirabad rayon sakinlərini operativ şəkildə müayinə-müalicə etmək, onların səhhətləri ilə bağlı problemlərin həllinə kömək göstərmək və lazım gəldikdə cərrahi əməliyyat etməkdən ibarətdir. Həmçinin ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılacaq.

Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər gündən-günə artır. Bu tədbirlər dövlətimizin başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur. 2005-ci ildən Avtomobil Səyyar Klinikası paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçirib.

Azərbaycan səhiyyədə, xüsusilə də oftalmologiya sahəsində bir çox yeniliklərə imza atıb. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas kursları keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsini, eləcə də əməliyyatını həyata keçirir. Mərkəzin pasiyentlərə regionlarda səyyar xidmət göstərməsi isə son illər geniş yayılıb. Bununla yanaşı, 2018-ci ildən Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı da fəaliyyətə başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.