CƏMİYYƏT


Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası ADA Universitetində tibbi aksiya keçirir

Bakı, 18 oktyabr, AZƏRTAC

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası mütəmadi olaraq Bakıda və ölkəmizin müxtəlif regionlarında səyyar xidmət göstərir.

Oktyabrın 18-də mərkəzin Avtomobil Səyyar Klinikası ADA Universitetində tibbi aksiya keçirir.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, iki gün davam edəcək aksiya zamanı Səyyar Klinikanın əməkdaşları ADA Universitetində tələbə və müəllimlərə tibbi xidmət göstərəcək. Tədbirin məqsədi pasiyentlərin səhhətləri ilə bağlı problemlərin həll olunmasına kömək göstərməkdir. Aksiya çərçivəsində aşkar olunan göz xəstəlikləri ilə bağlı monitorinqlər aparılacaq, əldə edilən nəticələr müzakirə olunaraq həll ediləcək. Gözündə ciddi problem aşkar edilən və çətin əməliyyat tələb olunan pasiyentlərin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılacaq.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər gündən-günə artır və bu, ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur.

Qeyd edək ki, 2005-ci ildən mərkəzin avtomobil Səyyar Klinikası mütəmadi olaraq paytaxtda və respublikanın müxtəlif regionlarında pasiyentlərə xidmət göstərir. 2012-ci ildən etibarən isə klinika tərəfindən Azərbaycanın bir çox ali və orta təhsil ocaqlarında mütəmadi olaraq oftalmoloji müayinələr aparılır. Bununla yanaşı 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.

Tədbirin oktyabrın 19-da başa çatacağı planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.