CƏMİYYƏT


Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası ADA Universitetində tibbi aksiya keçirir

Bakı, 14 may, AZƏRTAC

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası mütəmadi olaraq Bakıda və ölkəmizin müxtəlif regionlarında səyyar xidmət göstərir.

Mayın 14-də mərkəzin Avtomobil Səyyar Klinikası ADA Universitetində tibbi aksiya təşkil edib.

AZƏRTAC xəbər verir ki, aksiya zamanı Səyyar Klinikanın əməkdaşları ADA Universitetində tələbə və müəllimlərə tibbi xidmət göstərir. Tədbirin məqsədi pasiyentlərin səhhətləri ilə bağlı problemlərin həll olunmasına kömək göstərməkdir. Aksiya çərçivəsində aşkar olunan göz xəstəlikləri ilə bağlı monitorinqlər aparılacaq, əldə edilən nəticələr müzakirə olunaraq həll ediləcək. Gözündə ciddi problem aşkar edilən və çətin əməliyyat tələb olunan pasiyentlərin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılacaq.

Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar Klinika təşkil edilib. Səyyar Klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçirir. MOM-un həyata keçirdiyi tədbirlər gündən-günə artır və bu ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur. Milli Oftalmologiya Mərkəzinin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bununla yanaşı 2018-ci ildən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası fəaliyyətə başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.