REGİONLAR


Milli Oftalmologiya Mərkəzinin avtomobil səyyar klinikası Şəkidə növbəti humanitar aksiyaya start verib VİDEO

Şəki, 17 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin avtomobil səyyar klinikası aprelin 17-də Şəkidə növbəti humanitar aksiyaya başlayıb. Aksiya zamanı 150-200-dək vətəndaşın gözünün müayinə olunması nəzərdə tutulur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edəcək aksiyanın məqsədi Şəki şəhəri sakinlərinin gözlərini operativ şəkildə erkən müayinə-müalicə etmək, onların səhhətləri ilə bağlı problemlərinin həllinə kömək göstərməkdir. Müayinə əsnasında gözündə ciddi problem aşkarlanan pasiyentlərin Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılacaq.

Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər gündən-günə artır. Bu tədbirlər dövlətimizin başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur.

Milli Oftalmologiya Mərkəzi tərəfindən regionlarda yaşayan əhaliyə təmənnasız yüksəkixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərilməsi üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş səyyar klinika təşkil edilib. Həmin vaxtdan Mərkəzin avtomobil səyyar klinikası paytaxtda və respublikanın bir çox şəhər və rayonlarında aksiyalar həyata keçirir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas kursları keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsini, eləcə də əməliyyatını həyata keçirirlər. Son illər Mərkəz tərəfindən pasiyentlərə regionlarda səyyar xidmət göstərilməsinə xüsusi diqqət yetirilir. 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar qatarı da fəaliyyətə başlayıb.

Hazırda dünyada 7 milyard insandan 300 milyonu müxtəlif göz problemlərindən, 40 milyondan çoxu isə korluqdan əziyyət çəkir. Bu rəqəm hər il 45 mindən başlayaraq həndəsi silsilə ilə artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.