CƏMİYYƏT


Milli Oftalmologiya Mərkəzinin keçirdiyi növbəti aksiya çərçivəsində 90 nəfərin gözü müayinə olunub

Bakı, 16 yanvar, AZƏRTAC

Yanvarın 16-da akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası “20 Yanvar” Cəmiyyətində 20 Yanvar əlilləri və şəhid ailələri arasında tibbi aksiya keçirib.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, aksiya zamanı 90 nəfər oftalmoloji müayinə olunub. Tibbi müayinədən keçənlərdə daha çox refraksiya patologiyası və katarakta aşkarlanıb. Onlara mütəxəssislər tərəfindən tövsiyələr verilib.

Ölkəmizdə şəhid ailələrinə və əlillərə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Görülən işlərin məntiqi davamı olaraq keçirilən bu humanitar aksiyada əsas məqsəd 20 Yanvar faciəsində şəhid olanların ailələrinin və əlillərin müayinə və müalicə olunması və aşkarlanan oftalmoloji problemlərin yerindəcə həll edilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.