REGİONLAR


Milli Onkologiya Mərkəzi cənub bölgəsində humanitar aksiya keçirir

Astara, 20 noyabr, Bağır Əliyev, AZƏRTAC

Milli Onkologiya Mərkəzi “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə ölkəmizin cənub bölgəsinin vətəndaşlarını tibbi müayinələrdən keçirmək məqsədilə humanitar aksiyaya start verib.

Milli Onkologiya Mərkəzinin baş həkimi, baş onkoloq, Səhiyyə Nazirliyinin baş mütəxəssisi Azad Kərimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Mərkəzin Səyyar Diaqnostik Kompleksində 15 nəfərdən ibarət həkim briqadası cənub bölgəsinin əhalisi arasında profilaktiki müayinələrə başlayıb. Aksiyanın keçirilməsində məqsəd xərçəng xəstəliyinin vaxtında aşkar olunmasıdır.

Humanitar aksiyaya noyabrın 17-18-də Biləsuvar rayonunda başlandığını vurğulayan baş onkoloq burada 1100 nəfərin müayinədən keçdiyini diqqətə çatdırıb: “Astara Rayon Mərkəzi Xəstəxanasında keçirilən ikigünlük aksiya zamanı isə 887 nəfər müayinələrdən keçib. Humanitar aksiya noyabrın 21-22-də Lənkəranda davam etdiriləcək”.

Tibbi müayinələr zamanı aşkar olunmuş xəstələrin Milli Onkologiya Mərkəzinə dəvət olunacağını qeyd edən A.Kərimli deyib: “Noyabrın 22-də aksiya çərçivəsində Lənkəranda Milli Onkologiya Mərkəzinin baş direktor müavini Əziz Əliyev tərəfindən xəstələr üzərində cərrahiyyə əməliyyatları aparılacaq. Noyabrın 23-də isə Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Onkoloji xəstəliklərə müasir yanaşma” mövzusunda konfrans keçiriləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.