ELM VƏ TƏHSİL


Milli Onkologiya Mərkəzində “Distant bilik” mərkəzi fəaliyyətə başlayıb

Bakı, 18 iyun, AZƏRTAC

İyunun 18-də “Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində Milli Onkologiya Mərkəzində “Distant bilik” mərkəzi fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, layihə xüsusi qayğıya ehtiyacı olan uşaqların fasiləsiz və keyfiyyətli təhsil almalarına dəstək olmaq məqsədi daşıyır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, Təhsil Nazirliyinin texniki dəstəyi ilə “Distant bilik” mərkəzi tərəfindən həyata keçirilən layihə çərçivəsində uşaqlar üçün müalicə dövründə maraqlı və yaradıcı təhsil imkanlarından bəhrələnmək və sosial həyata adaptasiya üçün şərait yaradılır.

Qurumun verdiyi məlumata görə, uşaqların xəstəliyi nəzərə alınaraq, layihə çərçivəsində keçirilən fənlər fərdi yanaşma prinsipinə əsasən interaktiv formada tədris olunur. Ümumi tədris fənləri üzrə dərslər distant keçirilir. Layihə uşaqların müalicə dövründə təhsil imkanlarından faydalanmalarına, yeni texnologiyalar ilə işləmək bacarıqlarının formalaşmasına, onların cəmiyyətə inteqrasiyasına və müalicə dövrünün daha rahat keçməsinə töhfə verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.