Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Milli Onkologiya Mərkəzində Dünya Səhiyyə Təşkilatının baş direktoru ilə görüş keçirilib

Bakı, 5 iyul, Əziz Məmmədov, AZƏRTAC

İyulun 5-də Milli Onkologiya Mərkəzinin (MOM) baş direktoru, akademik Cəmil Əliyev ölkəmizdə səfərdə olan Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru, doktor Tedros Adhanom Qebreyesus ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl DST-nin baş direktoru və onu müşayiət edən şəxslər MOM-un Uşaq Onkoloji Klinikasında şüa terapiyası, reanimasiya və intensiv terapiya şöbələrinə baş çəkiblər. Onlar xəstələrin müalicəsində tətbiq edilən müasir avadanlıqla tanış olub, müalicə proseslərini izləyiblər.

Görüşdə akademik Cəmil Əliyev qonaqlara MOM-un elmi-klinik fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində Mərkəz yeni tibb texnikası, o cümlədən mobil diaqnostika kompleksi ilə təchiz edilib. Həmçinin onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təmin olunmasında problemlər aradan qaldırılıb. Mərkəzin əməkdaşları yüksək keyfiyyətli onkoloji xidmətlər göstərir, xəstələrdə bədxassəli şişlərin erkən diaqnostikasını, operativ cərrahi, şüa və dərman preparatları ilə müalicəsini həyata keçirir, habelə mövcud müalicə üsullarının təkmilləşdirilməsi məqsədilə genişmiqyaslı elmi tədqiqatlar aparırlar. MOM-un müasir standartlara cavab verən və yaraşıqlı korpusu ən müasir tibbi avadanlıqla təchiz olunub. Hazırda Milli Onkologiya Mərkəzi respublikanın əhalisinə yüksəkixtisaslı onkoloji yardımın həyata keçirilməsində elmi-metodik və profilaktik işlərin koordinasiyası ilə məşğul olan əsas qurumdur.

Baş direktor deyib ki, burada aparılan müalicənin əsas məqsədi xəstələrin ömrünün uzadılması, imkan daxilində onların tam şəfa tapmasıdır. Məlumat verilib ki, 1200 yerlik Mərkəz müasir standartlara cavab verən tibbi avadanlıq və ləvazimatlarla təchiz olunub, xəstələrin 35 faizi onkoloji, qalan 65 faizi isə diaqnostik göstəricilər üzrə müalicə alır.

Akademik Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın MOM-un Uşaq Onkoloji Klinikasının yaradılmasında müstəsna xidmətlərini də vurğulayıb.

Diqqətə çatdırılıb ki, son illər MOM onkoloji xəstələrin müalicəsi üçün zəruri olan yeni texnologiyalar istehsal edən dünyanın aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir. Belə ki, 2014-cü il oktyabrın 8-də MOM və bədxassəli şişlərin radioterapiyası üçün müasir texnologiyaları hazırlayan və istehsal edən ABŞ-ın “Varian Medikal Sistem” şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb. Bununla da Milli Onkologiya Mərkəzi rəsmi referens-mərkəz statusuna malik olub. İmzalanmış sənəd tərəfdaşlar arasında əməkdaşlığın genişləndirilməsinə, daha qısa müddətə Azərbaycana müasir texnologiyaların gətirilməsinə, xarici mütəxəssislərlə ətraflı fikir mübadiləsi aparılmasına imkan verir. Həmçinin saziş Milli Onkologiya Mərkəzində onkoloji xəstələrə göstərilən yüksək səviyyəli xidmətin dünyanın digər aparıcı klinikaları tərəfindən tanınmasını təsdiq edir. Bundan başqa, 2015-ci ilin noyabrında Azərbaycan MOM və M.D.Anderson adına Onkoloji Mərkəz (USA, MD Anderson Cancer Center), 2017-ci ilin oktyabrında isə şüa terapiyası zamanı xəstələrin cəlb olunması və yerləşdirilməsini təmin edən sistem və avadanlığın dünyada ən iri təchizatçısı olan Belçikanın “Orfit Industries” şirkəti arasında uzunmüddətli əməkdaşlığa dair müqavilələr imzalanıb.

DST ilə Azərbaycan arasında bir sıra mühüm sahələrdə əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edən Tedros Adhanom Qebreyesus əlaqələrin gələcəkdə də genişləndirilməsinin zəruriliyini diqqətə çatdırıb. DST-nin baş direktoru qeyd edib ki, Milli Onkologiya Mərkəzində onkoloji xəstələrin yüksək səviyyədə müalicəsi üçün yaradılmış müasir şərait dünya standartlarına tam cavab verir. O, burada onkoloji xəstəliyin profilaktikası və müalicəsi üzrə aparılan işləri yüksək qiymətləndirib. “Zəngin maddi-texniki bazaya və güclü kadr potensialına malik Milli Onkologiya Mərkəzini dünyanın aparıcı onkoloji mərkəzləri ilə bir cərgəyə qoymaq olar. Bu gün mən Uşaq Onkoloji Klinikasına baş çəkdim və burada qorxulu xəstəlikdən əziyyət çəkən yeddi-səkkiz yaşlı oğlanla tanış oldum. Bu uşaqla qısa ünsiyyət zamanı mən onun barəsində çox şey öyrəndim: o, ruhdan düşmür və tam müalicə olunacağına inanır, hətta gələcəkdə polis əməkdaşı olmaq istəyir. Bildiyimiz kimi, bir çox valideyn öz uşağının xəstəliyi xəbərinə dözə bilmir. Onlar bu xəbəri aldıqda gələcəkdə nə edəcəklərini və necə yaşayacaqlarını bilmirlər. Lakin sizin həkimlərlə söhbət əsnasında öyrəndim ki, onlar uşaq onkologiyası şöbəsinə gəldikləri zaman müalicə aparıldığını və səhhəti yaxşılaşanları görürlər. Mən onlara ümid və mübarizə aparmağa güc verdiyiniz üçün Sizə və MOM kollektivinə minnətdaram”, - deyə DST-nin baş direktoru əlavə edib.

Görüşdən sonra doktor Tedros Adhanom Qebreyesus Milli Onkologiya Mərkəzinin muzeyi ilə tanış olub, MOM-un fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Görüşdə Azərbaycan Respublikasının BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub VİDEO

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib