İDMAN


Milli Paralimpiya Komitəsi ilə Bədən Tərbiyəsi və İdman Akademiyası arasında anlaşma memorandumu imzalanıb

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-da Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) arasında anlaşma memorandumu imzalanıb.

ADBTİA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sənədi AMPK-nın prezidenti İlqar Rəhimov və ADBTİA-nın rektoru Fuad Hacıyev imzalayıblar.

Memorandum tərəflər arasında informasiya dəstəyi sahəsində əməkdaşlığı və təcrübə mübadiləsini nəzərdə tutur. Bu əməkdaşlıq çərçivəsində Akademiyanın “İdman jurnalistikası” magistr proqramının tələbələri mayın 25-26-da Bakıda təşkil olunacaq paracüdo üzrə beynəlxalq Qran-Prinin və bu il keçiriləcək “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarının işıqlandırılmasında fəal iştirak edəcəklər. Buraya yarışların gedişində mətbuatın xəbərlərlə operativ təmin olunması və media dəstəyi ilə bağlı məsələlər daxildir.

Əməkdaşlıq sayəsində Akademiyanın magistr proqramının tələbələri təcrübə qazanacaq, eyni zamanda, ölkəmizdə paralimpiya hərəkatının təşviqi sahəsində görülən işlərə cəlb olunacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.