CƏMİYYƏT


Milli Paralimpiya Komitəsi ilə UNICEF-in Azərbaycandakı nümayəndəliyi arasında proqram sənədi imzalanıb

Bakı, 3 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi arasında əməkdaşlığa dair yeni proqram sənədi imzalanıb.

AZƏRTAC UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, Milli Paralimpiya Federasiyasının prezidenti İlqar Rəhimov ilə UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbər müavini Vilyam Abi Abdallah arasında görüş keçirilib. Görüşdə birgə əməkdaşlıq çərçivəsində keçiriləcək “Əlilliyi olan gənclərin bacarıqlarının artırılması və məşğulluğa dəstək” layihəsinin icrasına dair proqram sənədi imzalanıb.

Proqrama əsasən 2022-ci il ərzində 50-yə qədər əlilliyi olan gəncin bacarıqlarının artırılmasına və məşğulluğuna dəstək göstərməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.