CƏMİYYƏT


Milli QHT Forumu Cozef Baydenin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləyib

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycan Milli QHT Forumu ABŞ Prezidenti Cozef Bayden 1915-ci ildə qondarma "erməni soyqırımı” ilə bağlı açıqlamasını pisləyən bəyanat yayıb.

AZƏRTAC bəyanatı təqdim edir: “Azərbaycan Milli QHT Forumu olaraq, ABŞ Prezidenti Cozef Bayden 1915-ci ildə qondarma “erməni soyqırımı” ilə bağlı siyasi motivlər daşıyan, bölgədə yenicə bərqərar olmuş sülhə və əməkdaşlığa zərər gətirən açıqlaması bizdə təəssüf hissi yaradır.

ABŞ Prezidentinin radikal erməni dairələrinin və anti-Türkiyə qruplaşmalarının təzyiqi altında 1915-ci il hadisələrinə dair bəyanatı qəbuledilməzdir. Türkiyəyə qarşı təhrif olunmuş tarixi ittihamların silahlandırılması yalnız cəmiyyətlər arasında nifrət, intiqam və düşmənçilik hisslərinə həvəs göstərmək istəyənlərin əlində oyuna çevrilməsinə yaradılan şəraitdir.

Türkiyə dövləti dəfələrlə Ermənistana və dünya ölkələrinə həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə çağırış etmişdir. Lakin Ermənistan bu təklifi qəbul etməmişdir. Ermənistanın tarixi faktların saxtalaşdırılması və ekspansiya siyasəti yalnız qardaş Türkiyəyə qarşı deyil, uzun illər ərzində Azərbaycana qarşı da həyata keçirilib. 1918-ci ilin martından başlayaraq Azərbaycanın müxtəlif şəhərlərində 50 mindən çox türk-müsəlmanın qətlə yetirilməsi, son 30 ildə Ermənistan silahlı qüvvələri tərəfindən 30 mindən çox dinc azərbaycanlı əhalinin öldürülməsi, o cümlədən 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində amansız cinayət törədilməsi, əhaliyə qarşı soyqırımı aktları təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir.

Tərkibində 700-dən çox QHT-ni birləşdirən Azərbaycan Milli QHT Forumu kimi hər zaman qardaş Türkiyənin yanında olduğumuzu bildirir və ABŞ Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləyirik. Bu cür yanaşmalar ayrı-ayrı regionların və ümumilikdə bəşəriyyətin dayanıqlı sülhpərvər inkişafına təhdiddir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.