MƏDƏNİYYƏT


Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə həsr olunmuş filmin təqdimatı olub

Bakı, 17 yanvar, AZƏRTAC

Mədəniyyət Nazirliyinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Vətənpərvərlik kinosu həftəsi” çərçivəsində Yasamal rayon Heydər Əliyev Mərkəzində Milli Qəhrəman, tanınmış telejurnalist, Qarabağ müharibəsi şəhidi Alı Mustafayevin əziz xatirəsinə həsr olunmuş rejissor Kamalə Musazadənin “Alı zirvəsi” sənədli filminin təqdimatı olub.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Mərkəzin “Muzey” bölməsi ilə tanış olub, ulu öndər Heydər Əliyevin burada yerləşən büstünü ziyarət ediblər.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıb və 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aparıcı Azər Zeynalzadə zaman-zaman xalqımızın başına gətirilən müsibətlərdən danışıb və Alı Mustafayevin həyatı haqqında məlumat verib.

Çıxışçılar, Alı Mustafayevin müəllimləri, dostları onunla bağlı öz xatirələrini bölüşüb, onun çevik, qorxmaz bir telejurnalist olmasını, qaynar nöqtələrdən reportajlar hazırlamağa birinci getməsini, bir neçə dəfə vertolyot qəzasına düşməsinə baxmayaraq daim ön cəbhədə olduğunu bildiriblər.

Daha sonra film tamaşaçılara təqdim olunub.

Sonda Milli Qəhrəmanın bacısı Maral Mustafayeva öz ailəsi adından tədbir təşkilatçılarına və filmin çəkilişində əməyi keçənlərə təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.