MƏDƏNİYYƏT


Milli Qəhrəman Mübariz İbrahimov haqqında yeni kitab çapdan çıxmışdır

Ağdam, 14 yanvar (AZƏRTAC). Əməkdar jurnalist Baxşeyiş Abbasoğlunun Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan bəhs edən “Ölüm son deyil... və yaxud əbədiyyət nəğməsi” kitabı işıq üzü görmüşdür.

“Mingəçevir Poliqrafiya Müəssisəsi” MMC-də çap olunmuş kitabda əməli ilə xalqımızın qəhrəmanlıq, fədakarlıq və qeyrət rəmzinə çevrilmiş Milli Qəhrəman Mübariz İbrahimovun həyatı, şərəfli döyüş və şəhidlik yolundan bəhs olunur.

Kitabda qəhrəmanın ömür yolu haqqında məlumatlar və fotolar, Prezident İlham Əliyevin M.A.İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi və xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncamları, Mübariz İbrahimovun və “İgidliyə görə” medalı ilə təltif edilmiş şəhid baş leytenant Fərid Əhmədovun vida mərasimindəki çıxışı öz əksini tapmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.