ELM VƏ TƏHSİL


Milli Qəhrəmanın hərbi geyimi muzeyə verilib

Bakı, 10 noyabr, AZƏRTAC

Azərbaycanın Milli Qəhrəmanı, mayor Samid İmanova məxsus materiallar AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə verilib. Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Muzeyin ictimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov və böyük laborantı Gülnar Mirzəyeva Neftçalada Milli Qəhrəmanın valideynləri ilə görüşüblər. Görüşdən sonra Samid İmanovun hərbi geyimi mütəxəssislər tərəfindən muzeyə təqdim olunub.

Samid İmanov 1981-ci ildə Neftçala rayonunda anadan olub. O, Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub və ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.