REGİONLAR


Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində ən əlamətdar günlərdən biridir

Lənkəran, 14 iyun, Bağır Əliyev, AZƏRTAC

İyunun 14-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş “Zəfər günü” mövzusunda tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tələbələrin və gənclərin iştirak etdiyi tədbirdə çıxış edən Mərkəzin direktoru Reyhanə Sadıxova Milli Qurtuluş Gününün Azərbaycan xalqının taleyində ən əlamətdar günlərdən biri olduğunu deyib.

Qeyd olunub ki, ölkəmizdəki inkişaf, tərəqqi ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışının, azərbaycançılıq məfkurəsinin əsasının qoyulmasının və qurtuluşdan sonra başlanılan Heydər Əliyev siyasətinin bilavasitə nəticəsidir.

Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov çıxışında Milli Qurtuluş Gününün mahiyyətindən söz açıb, Ulu Öndərin inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin zəngin və şərəfli ömür yolunu əks etdirən film nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.