ELM VƏ TƏHSİL


Milli Qurtuluş Günü Azərbaycanın indiki reallıqlarının və xoşbəxt gələcəyinin rəhnidir

Bakı, 6 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bu ali məktəbin, "Səs" Media Qrupunun və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “Milli Qurtuluşdan intibaha” mövzusunda tədbir keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə UNEC ilə Bilik Fondunun sifarişi əsasında “Səs” Media Qrupunun hazırladığı “Milli Qurtuluşdan intibaha” filmi nümayiş olunub.

Sonra UNEC-in rektoru, professor Ədalət Muradov çıxış edərək Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan 15 iyun - Milli Qurtuluş Günü haqqında danışıb. Qeyd olunub ki, 1993-cü il iyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində möhkəm təməli olan müasir müstəqil Azərbaycan dövləti qurulub. Rektor Milli Qurtuluş Gününün Azərbaycanın indiki reallıqlarının və xoşbəxt gələcəyinin rəhni olduğunu vurğulayıb. O diqqətə çatdırıb ki, Ulu Öndərin hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsi olmaqla gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub.

Milli Qurtuluş Gününün müstəqil Azərbaycan dövlətinin formalaşmasında və inkişafında rolundan danışan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu böyük qayıdışı doğuran səbəbləri, həmin vaxt cərəyan edən hadisələrin siyasi mahiyyətini açıqlayıb. Vurğulanıb ki, Ulu Öndər liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində dayanan nəhəng şəxsiyyətlərdəndir. Bu zirvədən bütöv bir xalqın - Azərbaycan xalqının dünəni, bu günü və sabahı görünür.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə olunan uğurlardan danışaraq, bu gün dünyada yeri və rolu artan Azərbaycanın ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin bəhrəsi olduğunu qeyd edib.

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev bildirib ki, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da, ölkəmizdə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, iqtisadi inkişaf və siyasi sabitlik təmin olundu.

"Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev çıxışında milli qurtuluş ideologiyasının müstəqil Azərbaycanın davamlı inkişafında özünü büruzə verdiyini və ulu öndər Heydər Əliyevin ən layiqli siyasi varisi, Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində Azərbaycanın regionda və dünyada nüfuzunun daha da artdığını qeyd edib. B.Quliyev bildirib ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələri fəth edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.