MƏDƏNİYYƏT


Milli Qurtuluş Günü Tbilisidə də qeyd olunub

Tbilisi, 14 iyun, AZƏRTAC

Tbilisidəki M.F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində 15 iyun - Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin nəzdində fəaliyyət göstərən rəsm dərnəyinin şagirdlərinin 30-a yaxın rəsmi sərgilənib.

Sərgidə uşaqların Azərbaycan mövzusunda rəsmləri də nümayiş etdirilib.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva dərnəyin azərbaycanlı və gürcü şagirdlərinə Milli Qurtuluş Gününün tarixi və əhəmiyyəti barədə məlumat verib. Milli Qurtuluş Gününün Azərbaycan xalqının Ümummilli Liderinin adı ilə bağlı olduğunu qeyd edib.

Bildirib ki, ulu öndər Heydər Əliyev xalqın çağırışı ilə yenidən hakimiyyətə qayıtdiqdan sonra Azərbaycanda sabitlik yaranıb, ölkə inkişaf etməyə başlayıb və beynəlxalq arenada böyük nüfuz qazanıb.

L.Əliyeva Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uşaq və yeniyetmələrə, həmçinin xaricdə yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan da söz açıb.

Tədbirdə məktəbli Səbinə və Səkinə Hüseynova bacıları Azərbaycanın xalq və bəstəkar mahnılarını oxuyublar. Onları gənc musiqiçilər Rasim və Ramin Pirməmmədov qardaşları tar və pianoda müşayiət ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbir

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.