REGİONLAR


Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinin şanlı səhifəsidir

Zaqatala, 13 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan xalqı öz milli qurtuluş mübarizəsinin tarixini yad edərkən, ilk növbədə, bu tarixin yaradıcısı, ümummilli lider Heydər Əliyevi xatırlayır və Ulu Öndərin ölməz ruhu qarşısında baş əyir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə iyunun 13-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən konfransda bəhs olunub.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.

Rayon ictimaiyyəti nümayəndələrinin, ziyalıların iştirak etdiyi tədbirin əvvəlində 1993-cü ilin iyun hadisələrindən bəhs edən sənədli film nümayiş olunub.

Konfransda rayon icra hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədovun “Tarixin şanlı səhifəsi – qurtuluş” mövzusunda məruzəsi dinlənilib. Məruzədə 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikada yaranmış ağır vəziyyət, hökm sürən hərc-mərclik, baş verən ictimai-siyasi proseslər geniş təhlil olunub, məhz Ulu Öndərin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına son qoyulduğu, siyasi sabitliyin bərqərar edildiyi, ölkənin xaos, böhran və siyasi çəkişmələrdən azad olduğu xüsusi vurğulanıb.

Çıxışlarda Ümummilli Liderin xalqımız qarşısındakı əvəzsiz xidmətləri bir daha xatırlanıb. Bildirilib ki, məhz Ulu Öndərin respublika rəhbərliyinə qayıdışından sonra Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub, onun layiqli davamçısı İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrəti daha da artıb, müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutub.

Tədbir konsert proqramı ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.