SİYASƏT


Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunda bir sıra tədbirlər keçirilir

Bakı, 13 iyun, AZƏRTAC

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Milli Qurtuluş Gününün 26-cı ildönümünə həsr olunan növbəti tədbir Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təşkil olunub.

Məktəb rəisinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat üzrə müavini polkovnik Emin Səfərov Milli Qurtuluş Gününə dair geniş məruzə ilə çıxış edərək bu tarixi günün əhəmiyyətindən və Ulu Öndərin çoxşaxəli fəaliyyətindən danışıb.

Sonra şəxsi heyətə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı haqqında film təqdim olunub.

Tədbir konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.