CƏMİYYƏT


Milli Qurtuluş Günü münasibətilə şəhid ailələri və qazilərlə görüş keçirilib

Bakı, 11 iyun, AZƏRTAC

15 iyun-Milli Qurtuluş Günü ilə əlaqədar şəhid ailələri və qazilərlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş Nəsimi Rayon Ağbirçəklər Cəmiyyətinin sədri, Modern Ailə və İnkişaf İctimai Birliyinin (İB) sədri Zərifə Quliyevanın təşəbbüsü ilə reallaşıb.

Görüş zamanı İB-nin sədri çıxış edərək Milli Qurtuluş Gününün tarixi barədə danışıb.

“Hər il Milli Qurtuluş Gününü yüksək səviyyədə qeyd edirik. Bu mənim üçün çox şərəfli bayramdır. Bunu qeyd etməmək olmaz. Ötən il torpaqlarımız mənfur düşmənin tapdağından azad edildi. İşğal dönənmi zamanı içimizdəki xainlər Azərbaycanın hər bir bölgəsində silahlı qüvvələr yaratmışdılar. Əhali dinc yaşaya bilmirdi. Həm aclıq, həm qorxu, həm də soyğunçuluq var idi. Ulu öndər Heydər Əliyev gəldi və xalqı xilas etdi. Onun gəlişi şanlı gün idi. Həmin günləri xatırlayıram. Bu ölkəyə sahib çıxdı. Xalqı dar gündən çıxartdı. Böyük bayramdır. Bilirəm, bizim böyük bayramlarımız var. Amma Milli Qurtuluş Günü hər birimizin ailəsində sevinclə qeyd edilməlidir. Eyni zamanda, bu il Qurtuluş günümüz Zəfər bayramı ilə üst-üstə düşür. İki ən böyük və gözəl bayram... Torpaqlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasəti ilə cəngavər oğullarımız tərəfindən azad edildi. Zəfər bayramı, Qurtuluş Günü münasibətilə hər kəsi təbrik edirəm”.

Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhid anası Lətifə Novruzova çıxış edərək deyib: “Hər kəsi qələbə münasibətilə təbrik edirəm. Bizə bu günü şəhidlər, qazilər yaşatdı. 1994-cü ildən hər çıxışımda demişəm ki, bu cür çıxışlarımız Qarabağda olsun. Bu gün buna nail olduq. Bundan artıq sevinc ola bilməz”.

“Yaşat” Fondunun əməkdaşı Nahid Mehdiyev çıxış edərək, görüşün təşkilində göstərdiyi təşəbbüsə görə Zərifə Quliyevaya təşəkkür edib.

Sonda şəhid ailələri və qazilərə İB-nin diplomları verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.