REGİONLAR


Milli Qurtuluş Günü şərəf tariximizdir

Qax, 14 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan xalqı öz milli qurtuluş mübarizəsinin tarixini yad edərkən, ilk növbədə, bu tarixin yaradıcısı, ümummilli lider Heydər Əliyevi xatırlayır, Ulu Öndərin ölməz ruhu qarşısında baş əyir, ölkəmizin qüdrətlənməsi və müstəqilliyimizin qorunub möhkəmlənməsində onun siyasi kursuna arxalanır. 1993-cü ilin iyununda müstəqilliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda məhz Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulub, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Qax şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən elmi-praktiki konfransda səsləndirilib.

Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Konfransda 1993-cü ilin iyununda Azərbaycanda baş verən ictimai-siyasi proseslərə geniş nəzər salınıb, dövlətçiliyimizin qorunması və vətəndaş qarşıdurmasının aradan qaldırılmasında Heydər Əliyevin tarixi xidmətləri bir daha xatırlanıb. Vurğulanıb ki, 1993-cü ilin iyununda Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycanın dövlətçiliyində həlledici dönüş baş verib. Ölkənin qarşısında duran problemlər mərhələlərlə həll olunmağa başlayıb, ayrı-ayrı şəxslərə, siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr ləğv edilib, ölkədə əmin-amanlıq, siyasi sabitlik yaranıb.

Çıxış edənlər Azərbaycanın 25 il əvvəl, iyunun 15-dən başlanan yüksəlişin bu gün də davam etdiyini vurğulayıblar. Qeyd olunub ki, müstəqil Azərbaycan Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində dünyanın qüdrətli və zəngin ölkələrindən birinə çevrilib.

Konfransda 1993-cü ilin iyun hadisələrindən bəhs edən sənədli film nümayiş olunub.

Milli Qurtuluş Günü münasibətilə Qax şəhərindəki “İçəribazar” Turizm Mədəniyyət Mərkəzində respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.