REGİONLAR


Milli Qurtuluş Günü tarixə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil olub

Xaçmaz, 12 iyun, Elxan Yusifli, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatı və təşkilatın Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən videokonfransda bəhs olunub.

YAP Xaçmaz rayon Təşkilatı Gənclər Birliyinin sədri Fərid Musayev Milli Qurtuluş Günü ilə əlaqədar “Müqəddəs missiya” mövzusunda keçirilən tədbirin iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib, həmin dövr barədə ətraflı məlumat verib.

Xaçmaz rayon icra hakimiyyəti başçısının müavini Günel Nürəddinova çıxışında bildirib ki, tarixə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.

Çıxışlarda vurğulanıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndərin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

YAP Xaçmaz rayon təşkilatının aparat rəhbəri Fazil Rəhmətov çıxışında qeyd edib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 iyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Vətən müharibəsində əldə etdiyimiz zəfər məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin və bu siyasətin layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyevin gördüyü misilsiz xidmətlərin nəticəsidir.

Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova, YAP Xaçmaz rayon təşkilatı 2 saylı məktəb üzrə yerli təşkilat sədri Elvin Məmmədov, Xaçmaz Tarix diyarşünaslıq muzeyinin direktoru Pakizə Mehdiyeva, YAP Xaçmaz rayon Təşkilatı Gənclər Birliyinin fəal üzvü Amil Rəhimov çıxışlarında bildiriblər ki, Ulu Öndərin hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın mövcudluğunu təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən xaos və anarxiya aradan qaldırıldı, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.