REGİONLAR
Milli Qurtuluş Günü tariximizin unudulmaz səhifəsidir
Sabirabad, 14 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabadda 15 İyun - Milli Qurtuluş Günü" ilə əlaqədar "Qurtuluş tarixin unudulmaz səhifəsidir" adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Sabirabad rayon Mədəniyyət Mərkəzi tabeliyində fəaliyyət göstərən Yeni Güdəcühür qəsəbə Klub-İcma Mərkəzində gerçəkləşib. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərkəz müdiri Səbinə İsmayılova çıxışında bildirib ki, bu gün xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri, Milli Qurtuluş Günüdür.1993-cü ilin iyun ayında ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının möhkəm mübarizəsinin tarixidir. Xalqımızın tarixinə qızıl hərflərlə yazılan 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Yeni Güdəcühür qəsəbə Klub-İcma Mərkəzinin kollektivi adından xalqımızı səmimi qəlbdən təbrik edir, müstəqil dövlətimizin firavan və parlaq gələcəyi naminə fəaliyyətinizdə hər birinizə uğurlar arzu edirik.
Məktəbli şagirdlər Ana Vətənə aid şeirlər səsləndiriblər.
Sonda 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar hazırlanan, "Qurtuluşumuzun Xilaskarı" adlı videoçarxa və sərgiyə baxış keçirilib.