REGİONLAR


Milli Qurtuluş Günü yaddaşlara Azərbaycan tarixinin ən parlaq səhifəsi kimi əbədi həkk olunub

Ağdam, 13 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtdığı 1993-cü il iyunun 15-i Azərbaycan tarixinin ən parlaq səhifəsi kimi yaddaşlara əbədi həkk olunub. Xalqımız həmin günü - Milli Qurtuluş Günü kimi yüksək əhval-ruhiyyə ilə qeyd edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən tədbirdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Ağdam Dövlət Dram Teatrında davam edən tədbirdə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər ötən əsrin 1990-cı illərinin əvvəllərində respublikamızda baş verən ictimai-siyasi prosesləri geniş təhlil edib, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışıblar. Bildirilib ki, Azərbaycan torpaqlarının işğala məruz qaldığı, ölkənin parçalanmaq təhlükəsi ilə üzləşdiyi, vətəndaş qarşıdurmasının yarandığı bir vaxtda ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq qarşıdurmaya, siyasi hərc-mərcliyə son qoyub, respublikada siyasi sabitliyə nail olunub. Həmin tarixdən sonra ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında əsaslı dönüş başlanıb, əmin-amanlıq bərqərar olub.

Qeyd edilib ki, müstəqil Azərbaycan Respublikası bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Azərbaycan xalqı xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayır, ölkəmiz siyasi və iqtisadi cəhətdən qüdrətlənir.

Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.