MƏDƏNİYYƏT


Milli Qurtuluş Gününə həsr olunmuş konsertlər davam edir

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 13-də Bakı Şəhər İcra Hakimiyyətinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Bakı şəhərinin Suraxanı və Xəzər rayonlarında konsertlər təqdim olunub.

Konsertlərdə sevilən sənətkarların və tanınmış incəsənət ustalarının çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Milli Qurtuluş gününə həsr olunmuş konsertlər bu gün Sabunçu və Xətai rayonlarında, iyunun 15-də isə Nizami rayonunda davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.