İQTİSADİYYAT
Milli Sertifikat Xidmətləri Mərkəzi indiyədək 159 mindən çox elektron imza sertifikatı təqdim edib
Bakı, 29 oktyabr, Elvin Camalov, AZƏRTAC
Milli Sertifikat Xidmətləri Mərkəzi indiyədək 159 mindən çox elektron imza sertifikatı təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev deyib.
O bildirib ki, “Microsoft” şirkəti Azərbaycanda elektron imzanın istifadəsini təmin edən “Açıq Açar İnfrastrukturu”nun qurulmasında bilavasitə iştirak edib. Layihə çərçivəsində yaradılmış Milli Sertifikat Xidmətləri Mərkəzi dövlət qurumlarını, hüquqi və fiziki şəxsləri gücləndirilmiş elektron imzalarla təmin edir. Bu günədək mərkəz tərəfindən istifadəçilərə 159 mindən çox elektron imza sertifikatı təqdim olunub. Bu istiqamətdə “Microsoft”la birgə aparılan uğurlu işlərin davamı olaraq ölkəmiz üçün əhəmiyyətli növbəti innovativ layihə olan elektron imzanın yeni nəsil şəxsiyyət vəsiqələrində yerləşdirilməsinin həyata keçirilməsidir.