ELM VƏ TƏHSİL


Milli Toponimik Geoinformasiya Sistemi yaradılır

Bakı, 3 dekabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Milli Toponimik Geoinformasiya Sisteminin yaradılması istiqamətində müəyyən işlər görülüb, qlobal informasiya cəmiyyəti şəraitində Azərbaycan vətəndaşlarının adlandırılması məsələləri araşdırılıb və bir sıra təkliflər işlənilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, terminoloji informasiya sistemi çərçivəsində dinamik proseslərin modelləşdirilməsi istiqamətində araşdırmalar aparılıb, həmçinin mətnlərdən terminlərin avtomatik çıxarılması metodları təklif olunub. Çoxdilli internetdə Azərbaycan qrafikasının digər dillərin qrafikalarına transliterasiyası problemləri öyrənilib, həmçinin müvafiq şəxs və yer adlarının transliterasiyası üçün müxtəlif yanaşmaların və metodların müqayisəli analizi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.