MƏDƏNİYYƏT


Milli Xalça Muzeyi təcrübə proqramını davam etdirir

Bakı, 9 sentyabr, AZƏRTAC 

Azərbaycan Milli Xalça Muzeyi gənc kadrların işə cəlb olunması, onların ixtisasının artırılması və yaradıcı istedadına təkan verilməsi məqsədilə təcrübə proqramını davam etdirir.

Muzeydən AZƏRTAC-a bildirilib ki, muzey fəaliyyətini bərpa etdiyi qısa müddət ərzində burada təcrübə keçmək istəyən gənclərin sayı artıb.

Təcrübə proqramında iştirak etmək istəyən hər kəs müraciət edə bilər.

Qeyd edək ki, 3 aylıq təcrübə müddəti başa çatdıqdan sonra, iştirakçılar sertifikatlarla təltif olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.