MƏDƏNİYYƏT


Milli Xalça Muzeyi tərəfindən onlayn formatda tədbirlər keçiriləcək

Bakı, 14 noyabr, AZƏRTAC 

Noyabrın 16-17-də Azərbaycan Milli Xalça Muzeyi ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi, görkəmli alim, üç cildik “Azərbaycan xalçası” fundamental əsərinin müəllifi, Xalq rəssamı Lətif Kərimovun doğum günü münasibətilə isə onlayn formatda silsilə tədbirlər keçirəcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Milli Xalça Muzeyi təcrübəsində boyanmamış yundan toxunan xalçalar”, “Tanınmış simalarla virtual tur” layihələri, muzeyin kolleksiyasında qorunan sənət incilərinin müxtəlif rakurslarda öz əksini tapdığı fotolar əsasında hazırlanan videoçarx təqdim olunacaq. Eyni zamanda, iştirakçılar canlı olaraq xalça kəsimi mərasimini izləyəcək, azərbaycanlı və xarici xalça mütəxəssislərinin görkəmli alim Lətif Kərimovla bağlı xatirələri, muzeyin “səhnəarxası” işi ilə tanış olacaqlar. Hər zaman olduğu kimi, bayram həftəsində azyaşlı izləyicilər də diqqətdən kənarda qalmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.