CƏMİYYƏT


Milli azlıqların ictimai-siyasi proseslərdə yaxından iştirakı Gürcüstanın Avropaya inteqrasiyasına təkan verəcək

Tbilisi, 21 fevral, AZƏRTAC

Milli azlıqların mədəniyyətlərinin, adət-ənənələrinin qorunub saxlanılması və inkişafı istiqamətindən səylər artırılmalıdır. Gürcüstanın Avropaya inteqrasiyası baxımından bu ölkədə yaşayan milli azlıqların ictimai-siyasi proseslərdə yaxından iştirakının təmin olunması çox vacibdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan ombudsmanı Nino Lomcaria ölkənin Vətəndaş Bərabərliyi və İnteqrasiyası Dövlət Strategiyası çərçivəsində 2018-ci il üzrə fəaliyyət planının nəticələrinə həsr olunmuş təqdimat mərasimində söyləyib.

Ombudsman deyib ki, milli azlıqların inteqrasiya prosesini sürətləndirmək məqsədilə onlar üçün bərabər sosial və iqtisadi imkanlar yaradılmalıdır. Bununla yanaşı, etnik azlıqlar keyfiyyətli təhsillə təmin olunmalı, dövlət dilinin tədrisi inkişaf etdirilməlidir.

“Dövlət qurumları da milli azlıqların mədəniyyətlərinin qorunub saxlanılması istiqamətində səylərini gücləndirməli və tolerant mühiti təmin etməlidirlər”, – deyə N.Lomcaria vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.