CƏMİYYƏT
“Milli dəyər” layihəsi başa çatıb
Bakı, 10 avqust, AZƏRTAC
“Milli dəyər” layihəsi çərçivəsində hazırlanan qısametrajlı filmin təqdimatı və layihənin bağlanış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin sədri İmaməddin Quliyev tədbirdə çıxış edərək layihə çərçivəsində görülən işlər barədə məlumat verib. Qeyd edib ki, 3 ay müddətində davam edən layihə çərçivəsində vətənpərvərlik, milli mənəvi dəyərlərin təbliği istiqamətinə tamaşa səhnələşdirilib. Eyni zamanda, gənclərlə milli dəyərlərimizin təbliği ilə bağlı görüşlər keçirilib, sərgi təşkil edilib.
Sonra Gənclər Fondunun sektor müdiri Vüsalə Niftəliyeva çıxış edərək Fondun fəaliyyəti və gənclər üçün yaradılmış imkanlar barədə məlumat verib. O, qurumun bu istiqamətdə keçirilən layihələrə daim dəstək olduğunu qeyd edib.
Layihənin sonunda iştirakçılara şəhadətnamə və diplomlar təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]