ELM VƏ TƏHSİL


Milli e-dövlət platformasında linqvistik demoqrafiyanın formalaşması məsələləri müzakirə olunub

Milli e-dövlət platformasında linqvistik demoqrafiyanın formalaşması məsələləri müzakirə olunub

Bakı, 7 fevral, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında şöbə müdiri texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova “Milli e-dövlət platformasında linqvistik demoqrafiyanın formalaşması məsələləri” mövzusunda məruzə edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məruzəçi linqvistik demoqrafiya, dünyada və Azərbaycanda dillərlə bağlı vəziyyət, eləcə də e-demoqrafiya sistemi çərçivəsində linqvistik demoqrafiyanın formalaşması haqqında məlumat verib. Linqvistik demoqrafiya və onun əsas problemlərindən bəhs edən G.Nəbibəyova dünyada 7 mindən çox dilin mövcud olduğunu bildirib. O, ENCARTA ensiklopediyasının 2009-cu il üzrə məlumatlarına əsasən, Azərbaycan dilində danışanların sayının dünyada 30-cu yerdə qərarlaşdığını qeyd edib.

Şöbə müdiri e-demoqrafiya sistemi çərçivəsində linqvistik demoqrafiyanın formalaşması məsələlərindən də söz açaraq bu gün informasiya texnologiyalarının insan həyatının və fəaliyyətinin bütün sahələrinə nüfuz etdiyini, bu təsir nəticəsində e-elm, e-tibb və digər istiqamətlərlə yanaşı, demoqrafiyanın da yeni istiqaməti – e-demoqrafiya meydana çıxdığını söyləyib.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.