CƏMİYYƏT


Milli fəal: İran kürdləri intensiv şəkildə Naxçıvanla sərhədə köçürür

Milli fəal: İran kürdləri intensiv şəkildə Naxçıvanla sərhədə köçürür

Bakı, 5 dekabr, AZƏRTAC

İranın daxilində hər hansı bir dəyişiklikdən Türkiyə də nigarandır. Çünki İranda bir çox millətlərin nümayəndələri yaşayır. Bu gün qərbi Azərbaycanda bir türk zolağı yaranmaqdadır. İranın Kürdistan adlanan ərazisinə - Naxçıvanla sərhədə kürdlərin köçürülməsi intensiv şəkildə davam edir. PKK yaranandan bəri İranla əlaqədə olub.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Cənubi (Güney) Azərbaycanın milli fəalı, “GünazTV”nin rəhbəri Əhməd Obalı Sosial Tədqiqatlar Mərkəzində "İran yeni baxış bucağında" mövzusunda keçirilən ekspert müzakirəsində deyib.

“Azərbaycanın qərb sərhədi Türkiyə, bir hissəsi isə İraq ilə sərhədədək uzanır. Türkiyə-Azərbaycan münasibətləri sürətlə inkişaf edir və bu sevindiricidir. Türk dünyası xəyalı artıq reallaşır. Türk dünyası Cənubi Azərbaycan olarsa, tamamlanacaq. Biz türkiyəli qardaşlarımızdan dəstək gözləyirik. Azərbaycandan ciddi motivasiya alırıq”, - deyə o qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.